QÜDS,ArabAZ

İsrailin Baş Naziri Benyamin Netanyahu, HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsinə yönəlmiş səylərin bir hissəsi olaraq Qəzzada hər girovun azad edilməsi müqabilində Həmas-a “bir neçə milyon dollar” təklif etməyə hazırlaşır.ArabAZ xəbər verir ki, bu haqda İsrailin Kanal12 telekanalı məlumat verib.

Məlumata əsasən, Netanyahu HƏMAS üzvləri və onların ailələri üçün Qəzzadan “təhlükəsiz keçid” təmin etməyə hazırlaşır və o, bu təhlükəsizlik məsləhətləşməsində bununla bağlı təlimat verib.

Qeyd edək ki, Tel-Əviv 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra HƏMAS-ı “aradan qaldıracağına” söz verib. HƏMAS  “Əl-Aqsa Tufanı” zamanı 251 nəfəri ( aralarında hərbçilər olmaqla) girov götürmüşdü. Buna cavab olaraq, İsrail Qəzza zolağında cəmləşmiş bombalama kampaniyasına və quru əməliyyatlarına başlayıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version