Cümə, 10 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Netanyahu hökuməti siyasi cırtdandır-Rufiz Hafizoğlu

Netanyahu hökuməti siyasi cırtdandır-Rufiz Hafizoğlu

İyun 29, 2026 2:06 axşam
Paylaş
Paylaş

1915-ci il hadisələrini  “soyqırımı” kimi qəbul etmək, heç bir halda qəbul edilməzdir və olduqca absurd qərardır. Ona görə ki, baxmayaraq ki, Türkiyə dəfələrlə həmin hadisələrin araşdırılması üçün Ermənistan, erməni lobbisi və dünya ictimaiyyətindən formalaşmış müstəqil tarixçilərdən ibarət araşdırma komissiyasının qurulmasını təklif etsə də, Ermənistan bunu qəbul etməyib. Əslində bu inkar faktı bir daha sübut edir ki, heç şübhəsiz, tarixdə “erməni soyqırımı” adlı hər hansı hadisə baş verməyib. Zamanında erməni quldur dəstələri Anadolu ərazisində, eyni zamanda, Azərbaycan ərazisində türklərə qarşı soyqırımı törətmişdir. Digər bölgədə yaşayan xalqlara, eləcə də ərəblərə qarşı belə etnik təmizləmə ermənilər tərəfindən icra edilmişdir.”

ArabAZ xəbər verir ki , bu sözləri Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu bildirib.

R. Hafizoğlu İsrailin qondarma soyqırımı qəbul etməsinin olduqca absurd olduğunu vurğulayıb:

“Netanyahunun bu qərarı absurddur. Ona görə ki, Qəzzada baş verənlərə qarşı Azərbaycan daxil, bütün dünya ictimaiyyəti etiraz etdi. Burada söhbət 150.000 insanın ölümündən gedir. Bütün bu hadisələrin fonunda Netanyahu hakimiyyətinin belə bir qərar verməsi olduqca gülməli və absurddur. Azərbaycan XİN-in də bu məsələyə aid konkret açıqlaması var. Netanyahunun bu sərsəm bəyanatı heç bir halda Azərbaycandakı yəhudi icmasına təsir göstərməyəcək, amma dövlətlərarası çox ciddi problemlərə yol aça bilər. Düşünürəm ki, İsrail bu addımından geri çəkilməyəcək. İsrailin Azərbaycanın artan Yaxın Şərq siyasəti fonunda ölkəmizdən siyasi olaraq uzaqlaşmasının şahidi olmaqdayıq. Azərbaycanın Yaxın Şərq və Suriya siyasəti İsraili olduqca bərk narahat edir. İndi də bunu dolayı yolla dilə gətirirlər. İsrailin bu yanaşması çox gülünc və axmaq yanaşmadır.”

Sonda şərhçi türklərə qarşı atılan bu böhtanın təkcə Türkiyənin deyil, eləcə də Azərbaycanın problemi olduğunu diqqətə çatdırıb:

“Kim deyirsə ki, bu, Azərbaycanın deyil, Türkiyənin problemidir, bu, çox təhlükəli düşüncədir. Azərbaycan-Türkiyə münasibətlərindən günlərlə danışa bilərik, onların iqtisadi, siyasi, tarixi bağları bir-birindən heç bir halda uzaq deyil. Azərbaycan heç bir halda Türkiyə ilə qurduğu münasibətdən imtina etməyəcək. Bu baxımdan bu qərarda uduzan tərəf şübhəsiz ki, İsrail olacaq. İsrail bu qərarı qəbul etməklə siyasi cırtdan olduğunu sübut etdi.”

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Türkiyə

Türk müdafiə sənayesinin qüruru: “KORKUT” dünyaya açılır

Müəllif:
ArabAZ News
Türkiyə

SAHA 2026-da premyera-PAMİR 4×4 təqdim edildi

Müəllif:
mail.azerpress@gmail.com
Türkiyə

BAYKAR-dan daha bir yenilik

Müəllif:
mail.azerpress@gmail.com
İraqTürkiyə

İraq hava məkanı Türklərə əmanətdir

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.