Bakı, Arab.AZ
Netanyahu hökuməti ən qısa zamanda cavab verməlidir.
Arab.AZ xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında paylaşım edilib.
“Qəzzada çoxu uşaq və qadın olmaqla 40 mindən çox günahsız fələstinlini qətlə yetirən İsrail, başda UNRWA işçiləri olmaqla humanitar yardım işçiləri və könüllüləri ayrı-seçkilik etmədən öldürərək insanlığa qarşı cinayətlərini davam etdirir.” – deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, günahsız insanların ölümünə səbəb olan Netanyahu hökuməti ən qısa zamanda beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Hafiz Rufizoğlu