Bakı, ArabAZ
Netanyahu hökümətinin törətdiyi qətl qəbuledilməzdir.
ArabAZ xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşının İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən öldürülməsi ilə bağlı bəyanat yayımlayıb.
“Ayşenur Ezgi Eygi adlı vətəndaşımızın İordan çayının qərb sahilinin Nablus şəhərində İsrail əsgərləri tərəfindən öldürüldüyünü dərin hüznlə öyrəndik.” – deyə bəyanatda qeyd edilib.
Bildirilib ki, İsrail hakimiyyəti və onları dəstəkləyənlər mütləq beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər.