QÜDS ,ArabAZ
İsrail prezidenti Benyamin Netanyahu İranda vurulacaq hədəflərin siyahısını təsdiqləyib.
ArabAZ xəbər verir ki, bu sözləri KİV-nə verdiyi müsahibədə İsraildən olan bir mənbə bildirib.
Ancaq o, açıqlamasında vurulacaq ərazilər haqqında əlavə məlumat bildirməyib. Həmçinin hədəflərin hərbi hədəflər olub-olmadığını haqqında da açıqlama verməyib.
İsrailin BMT-dəki daimi nümayəndəsi də “Bizim cavabımız Tehranı çəkindirmək üçün “çox ağrılı” olacaq” – deyib.
Xatırladaq ki, İranın bu ayın əvvəlində İsrailə 200-ə yaxın raket atmasından sonra İsrail rəsmiləri İrandan intiqam alacaqlarını bildirmişdi.