BEYRUT,ArabAZ
İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü bir fransız qəzetində dərc olunan müsahibəsində onun qüvvələrinin Livanın cənubundakı Hizbullah bazalarına baxışı zamanı “müasir” rus silahları tapdığını açıqlayıb.ArabAZ xəbər verir ki, o eyni zamanda müharibənin genişlənməsində maraqlı olmadığını da deyib.
“Le Figaro” qəzetinə müsahibəsində Netanyahu xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə verdiyi 1701 saylı qətnamə Livan ordusuna yalnız Litani çayının cənubundakı ərazilərdə silah daşımağa icazə verir.
“Lakin bu ərazidə “Hizbullah” yüzlərlə tunel və bunker qazıb, biz burada yenicə çoxlu sayda müasir Rusiya silahı tapmışıq”, – o əlavə edib.
Amerikanın “The Washington Post” qəzeti İsrail rəsmilərinə istinadən yazıb ki, keçən ay İranın dəstəklədiyi “Hizbullah”la münaqişənin kəskinləşməsindən sonra İsrailin Livana müdaxiləsi zamanı Rusiya və Çinin tank əleyhinə silahları tapılıb.
Ötən il oktyabrın 7-də Qəzza müharibəsi başlayandan sonra İsrail və Hizbullah arasında sərhədyanı bombardmanlara görə şimal sakinləri evlərini tərk ediblər.
Netanyahu Le Figaro qəzetinə deyib ki, “Livanda yeni müharibənin başlaması faciə yaradacaq. Biz əlbəttə ki, belə bir müharibəni qızışdırmaq niyyətində deyilik və İsrail də Livanın daxili işlərinə qarışmaq niyyətində deyil”.
“Bizim yeganə məqsədimiz Livan sərhədində yaşayan vətəndaşlarımızın öz evlərinə qayıtmasına və özlərini təhlükəsiz hiss etmələrinə imkan verməkdir”-deyə o qeyd edib.