BEYRUT,ArabAZ
İsrailin baş naziri Binyamin Netanyahu bu gün İsrailin keçən cümə axşamı Beyrutda hava hücumu zamanı hədəf alınan Həsən Nəsrullahın varisi Haşim Safi əd-Dini aradan qaldırmağa müvəffəq olduğunu bildirib. ArabAZ xəbər verir ki, Netanyahu Livan xalqına ingilis dilində videomüraciətində “Hizbullahın imkanlarını zəiflətdik,biz minlərlə terrorçunu məhv etdik, o cümlədən Nəsrullahın özü, Nəsrullahın varisini yox etdik”-deyib.