BEYRUT, Nadim Qutaiş / ArabAZ

Coğrafi, siyasi və iqtisadi ölçüdəki böyük fərqdən kənara çıxsaq, aşağıdakıları soruşa bilərik:

Nə üçün Çin ideologiyanın əsarətindən nisbətən qurtulub və özünü yenidən kəşf etməyə və “kapitalist bədəni və kommunist başı olan” iqtisadi və siyasi gücə çevrilməyə müvəffəq olub, İran isə əsaslı dəyişikliyi qəbul edə bilməməklə yanaşı, ideoloji durğunluq içində qalıb?

Digər bir tərəfdən əsrlərdir ki, Çin davamlılığa üstünlük verən güclü mərkəzi hakimiyyət üzərində nəzarəti itirmədən uyğunlaşma və dəyişmə qabiliyyəti ilə unikal praqmatik təcrübə təqdim edib.

” Siçanları tutan pişiyin ağ və ya qara olmasının fərqi yoxdur” deyən Çin lideri Den Syaopin , Kommunist Partiyasının iqtidarda olmasına baxmayaraq ,bazar iqtisadiyyatını mənimsəməyə imkan verən mürəkkəb bir yola başladı.

Çin öz tarixi boyu ölkədə praqmatik idarəçilik mədəniyyətini gücləndirən əsas dəyərləri nizam, iyerarxiya və dövlətin üstünlüyünü vurğulayan Konfutsi mirasından da bəhrələnib. Bu mədəni zəmin, ÇKP rəhbərliyinə ölkənin sağ qalması üçün zəruri olan iqtisadi islahatları əsaslandırmağı asanlaşdırdı. Çinin kapitalizmə qucaq açmasını sadəcə olaraq hamı üçün rifaha nail olmaq üçün bir vasitə idi.

Çin təcrübəsində dövlətin xarakterindəki bu davamlılığın əksinə olaraq, biz İranda dərin bir fasilə və nizamsızlıq görürük.

 1978-79-cu illər İslam İnqilabı sadəcə böyük siyasi hadisə deyil, İran cəmiyyətinin köklü şəkildə yenidən qurulması idi. İslam inqilabi dini və məzhəbi siyastlə birləşdirərək onlara “ilahi mandat” verdi. Buna qarşı çıxan isə sanki ilahiqanunları pozurmuş kimi perresiyalara məruz qaldı.

dövlət sadəcə siyasi qurum olmasa da, davamlı ideoloji basqı nəticəsində bu dövlətə səmavi  məzmun verildi. İranda iqtisadi və ya sosial islahat üçün hər bir çağırış təkcə siyasi təhlükə deyil, həm də dəyişiklik çağırışlarını küfr səviyyəsinə qaldıran mənəvi təhlükə oldu.

Bir şeyi də qeyd edək ki, Çin Kommunist Partiyasının mərkəzi nəzarəti Vilayət-i Fəqih rejiminin İran cəmiyyəti üzərindəki nəzarətinə bənzəyir.

İranın siyasi quruluşu daha mürəkkəb və kövrəkdir. İrandakı rejimin dini komponentləri respublikaçı və hərbi komponentlərlə incə bir tarazlığa uyğun olaraq yanaşı yaşayır və bu, istənilən islahat cəhdini riskli macəraya çevirir.

Ən əsası, İran təcrübəsindən fərqli olaraq, Çin təcrübəsi ilə nəticələnən iqtisadi uğur Kommunist Partiyasına yeni legitimlik mənbəyi və müxalifləri neytrallaşdırmaq və ziddiyyətli modeli, yəni kommunist rejim altında kapitalist iqtisadiyyatı tətbiq etmək üçün həlledici bir qabiliyyət təmin etdi.

Əgər həm Çin, həm də İran xarici təhlükələrə şübhə ilə yanaşırdılarsa, onların reaksiyaları köklü şəkildə fərqlənirdi. Çin öz toxunulmazlığını və nüfuzunu iqtisadi artımdan və hərbi modernləşmədən xarici təsirlərə qarşı mübarizə vasitəsi kimi götürdü və 1978-ci ildən bəri yığılan dərin struktur dəyişikliyinin təsirlərindən qorxmadan ölkəni birləşdirmək üçün millətçilik və iqtisadi uğurdan istifadə etdi.
İran rəhbərliyi, xüsusən də ABŞ və müttəfiqlərinin xarici təhdidləri ideyasından istifadə etdi.

Çin kommunizmi Kommunist Partiyasının gücünün əsasını saxlayaraq, dəyişən şərtlərə cavab olaraq inkişaf edə bilən, uyğunlaşa bilən olduğunu sübut etdi. Körpülər qurmaq və eyni zamanda fərq və rəqabəti qorumaqla rəqibləri ilə balanslaşdırılmış əlaqələr qurmaq üçün strateji çəkisindən istifadə etdi. İranın dini ideologiyasına gəlincə, o, dövlətin problemli kimliyində dərin kök salıb və hesab edir ki, hər hansı əsaslı dəyişiklik İran inqilabının strukturunu parçalamaq təhlükəsi yaradır və bu, rejimin dağılmasına səbəb ola bilər.

Qeyd edək ki, Çində dəyişikliklərin başlanğıcı 1978-ci ildə İran İnqilabının doğulduğu vaxta və 1949-cu ilin payızından davam edən Çin Kommunist Partiyasının hakimiyyətindən sonraya təsadüf edib.
İranın hələ də işin istiqamətini dəyişməyə vaxtı varmı?
Belə görünür ki, İran üçün islahat yolu sadəcə çağırış deyil, daha çox ekzistensial çağırışdır, çünki rejimin sağ qalması onun ideoloji saflığını qoruyub saxlamaqdan asılıdır.

İsrailin keçmiş baş naziri Naftali Bennetin qeyd etdiyi kimi, İran bu gün Çinlə müqayisədə Sovet İttifaqının təcrübəsinə daha yaxın görünür. Sovet Rusiyası kimi, İran da korrupsiyadan, rejimin cəmiyyətlə əlaqəni itirməkdən əziyyət çəkir və bununla da rejim öz sonunu yaxınlaşdıra bilər.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version