QAHİRƏ,ArabAZ
Çətin həyat şəraiti bəzən bəzi liviyalıları mərhum prezident Müəmmər Qəddafi rejiminin hakimiyyəti dövrünə “nostalji”yə sövq edir, çünki onun hakimiyyət illəri vətəndaşlar üçün təhlükəsizlik və sülh dövrü idi. Lakin bu, onun 42 il davam edən dövrünün şahidi olduğu “işgəncə və edamları” başqalarının xatırlamasına da mane olmur.
Qətlə yetirilən və onun cansız bədəni Misrata şəhərində tərəvəz soyuducuya atılan Qəddafinin şəxsiyyəti ilə bağlı bu uyğunsuzluq, bu faciəli vəfatdan 13 il sonra onun əleyhdarlarının və tərəfdarlarının yaddaşında hələ də var.
Digər tərəfdən, liviyalı siyasi analitik, Qəddafi dövrünün tərəfdarı Hüseyn Əl-Suveydi hesab edir ki, liviyalıları mərhum prezidentin dövrünü xatırlamağa və ona rəhmət oxumağa sövq edən bir çox səbəblər var.
Belə ki, Qəddafi hakimiyyət illərində həyat daha yaxşı, idi, biolluq idi , ərazaq məhusllarını qiyməti ölkənin bütün təbəqələrinə əlçatan idi.Qəddafi Şimali Afrika ən güclü təhsil və səhiyyə sistemini qura bilmişdi.
Təbii ki, bütün bunların yanında siyasi repressiyalar da mövcüd idi. Qəddafi siyasi müxalifəti sıxışdırırbvə bir sıra liderlərinin açıq şəkildə edam etdirirdi.