Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

PROFEN və Azərkosmos xidmət dairəsini genişləndirir

May 7, 2026 6:39 səhər
Paylaş
Paylaş

Türkiyənin qabaqcıl peyk rabitə həlləri təminatçısı olan PROFEN şirkəti ilə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos arasında İstanbulda keçirilən “SAHA Expo 2026” sərgisi çərçivəsində peyk tutumundan istifadəyə dair mühüm əməkdaşlıq razılaşması imzalanıb.
Bu strateji sənədə əsasən, PROFEN şirkəti Azerspace-1 və Azerspace-2 peyklərinin texniki imkanlarından yararlanaraq Türkiyə, Avropa, Yaxın Şərq və Afrika regionlarında genişmiqyaslı peyk rabitə xidmətləri göstərməyi hədəfləyir.

ArabAZ xəbər verir ki, əməkdaşlıq planına uyğun olaraq, PROFEN-in Konya və Ankara şəhərlərində yerləşən müasir yerüstü stansiya infrastrukturu ilə Azərkosmosun orbitdəki mövcud peyk resurslarının inteqrasiyası həyata keçiriləcək. Bu tərəfdaşlıq həmçinin mobil rabitə, xüsusilə də hava nəqliyyatında uçuşdaxili internet (In-Flight Connectivity) və dənizçilik sahəsində peyk bağlantısı kimi innovativ istiqamətləri də əhatə edir.

Bu əməkdaşlığın əsas məqsədi regionda sürətlə artan internet və kəsintisiz rabitə ehtiyaclarına daha çevik, etibarlı və yüksək keyfiyyətli həllər təqdim etməkdir. Qeyd edək ki, PROFEN peyk rabitə texnologiyaları, yer seqmenti infrastrukturu və sistem inteqrasiyası üzrə ixtisaslaşmış, quru, hava və dəniz platformaları üçün rabitə həlləri təklif edən Türkiyə mənşəli qlobal texnologiya şirkətidir. Azərkosmos isə 2010-cu ildən bəri Azərbaycanın kosmos sənayesinin lokomotivi rolunu oynayır. Hazırda orbitdəki Azerspace-1 və Azerspace-2 telekommunikasiya peyklərini idarə edən qurum Avropa, Asiya, Afrika və Yaxın Şərqin 45-dən çox ölkəsinə peyk xidmətləri ixrac edir. Bu yeni razılaşma hər iki ölkənin kosmik potensialının birləşdirilməsi və regional rəqabət qabiliyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Expert on Arab Countries: Rufiz Hafizoglu. Deputy Director of TREND News Agency. Founder of TurkicWorld, ArabAZ, and ArabiToday. Ərəb ölkələri üzrə ekspert: Rufiz Hafizoğlu. TREND Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini. TurkicWorld, ArabAZ və ArabiToday layihələrinin təsisçisi. خبير في الشؤون العربية: روفيز حافظ أوغلو. نائب مدير وكالة تريند للأنباء. مؤسس منصات TurkicWorld و ArabAZ و ArabiToday. Rufiz Hafizoğlu analizləri, PROFEN Azərkosmos əməkdaşlıq 2026, SAHA Expo İstanbul, Azerspace-1 Azerspace-2 peyk xidmətləri, ArabAZ texnologiya xəbərləri, Türkiyə Azərbaycan kosmik agentliyi, uçuşdaxili internet In-Flight Connectivity. تحليلات روفيز حافظ أوغلو، تعاون بروفن وأذركوسموس 2026، معرض ساها إكسبو إسطنبول، قمر أذرسبيس، خدمات الاتصالات الفضائية، أخبار عرب آز التقنية، وكالة الفضاء الأذربيجانية. Rufiz Hafizoglu insights, PROFEN and Azerkosmos partnership 2026, SAHA Expo Istanbul, Azerspace-1 Azerspace-2 capacity, ArabAZ technology updates, TREND News Agency analysis, satellite communication solutions Middle East. Middle East expert Rufiz Hafizoglu, space industry specialist, Trend News Agency Deputy Director, TurkicWorld founder reports, PROFEN Konya Ankara ground stations, maritime satellite connectivity 2026.
Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Digər xəbərlərİraqRedaktorun seçimi

Amidi Prezident İlham Əliyevə məktub ünvanlayıb

Müəllif:
ArabAZ News
BƏƏDigər xəbərlər

BƏƏ və Səudiyyədən ortaq amfetamin əməliyyatı

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərFələstinRedaktorun seçimiSuriyaYaxın Şərq

Bu gün Altıgünlük müharibə başladı

Müəllif:
mail.azerpress@gmail.com
Digər xəbərlərRedaktorun seçimi

Psixoloji risklər hər il 840 min can alır

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.