DOHA,ArabAZ

Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani ölkəsindəki konstitusiya dəyişiklikləri layihəsinin, o cümlədən Şura (Parlament) üzvlərinin təyin edilməsi sisteminə qayıdılması ilə bağlı lazımi addımların atılması üçün gösrətiş verib.

ArabAZ xəbər verir ki, bu haqda şeyx Təmim bin Həməd Al Tani bu gün, şuranın aşlışında deyib.

 “Ölkəm və xalqım qarşısında məsuliyyət və borcuma əsaslanaraq, vətəndaşların hüquq və vəzifə bərabərliyi ilə bağlı konstitusiya dəyişiklikləri layihəsinin müzakirəyə çıxarılmasına göstəriş verirəm. Şura üzvlərinin təyin edilməsi sisteminə qayıdış lazımi tədbirlər görülməsi üçün hörmətli Şuraya (parlamentə) göndəriləcək. Artıq bununla bağlı tədbir görülüb”-deyə şeyx Təmim bin Həməd Al Tani dyib.

Şeyx Təmim bin Həməd Al Sani gözlənilən konstitusiya dəyişikliklərinin referenduma çıxarılacağını və seçki əvəzinə təyinat sisteminə qayıdılmasını ehtiva etdiyini bildirib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version