Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Qətər beynəlxalq iqlim laboratoriyasına çevrilir

May 17, 2026 12:52 axşam
Paylaş
Paylaş

Qətərin iqlim texnologiyaları (climatetech) sektoru sadəcə ekoloji davamlılıq kampaniyasından çıxaraq, ölkənin iqtisadi şaxələndirilməsi və milli müqavimətinin strateji dayağına çevrilməkdədir. Regiondakı gərginliklər və münaqişələr qısamüddətli dövrdə iqlim investisiyalarını ləngidirmiş kimi görünsə də, reallıqda bu texnologiyaların tətbiqi daha da sürətlənir.

ArabAZ xəbər verir ki, Qətərin bazar miqyası, özəl sektorun yetkinlik səviyyəsi və neft-qazdan asılılıq ilkin çətinliklər hesab olunsa da, dövlət dəstəyi və investisiya proqramları sayəsində böyük sıçrayış qeydə alınır. Əvvəlcə karbohidrogen sektorunda enerji səmərəliliyinə yönələn iqlim innovasiyaları indi bərpa olunan enerjinin inteqrasiyası, smart şəbəkələr (smart grids), karbon qəbulu, dəniz suyunun şirinləşdirilməsinin səmərəliliyi, biotexnologiya və dövri iqtisadiyyat həlləri kimi geniş sahələri əhatə edir.

Qatar Airways-dən möhtəşəm uğur

Qatar Airways-dən möhtəşəm uğur

Ekstremal istilər, su qıtlığı və soyutma sistemlərinə artan tələbat kimi ciddi ekoloji təzyiqlərlə üzləşən Qətər; regional soyutma, enerji səmərəliliyi yüksək olan binalar, desalinasiya və süni intellekt (AI) əsaslı enerji idarəçiliyi sahələrində böyük imkanlar təklif edir. Yeni araşdırmalar Körfəz şəraitinə uyğunlaşdırılmış geotermal və avtomatlaşdırılmış təmiz enerji sistemlərinin də böyük potensiala malik olduğunu göstərir.

2040 hədəfi və “unicorn” strategiyası

Beynəlxalq əməkdaşlıq Qətərdə yaşıl texnologiyaların sürətlənməsində həlledici rol oynayır. “Qatar Foundation” ilə “Rolls-Royce” arasında imzalanan pakt iqlim texnologiyaları biznesini inkişaf etdirmək və 2040-cı ilə qədər 20 “unicorn” (dəyəri milyard dolları keçən startap) yetişdirmək məqsədi daşıyır. Bu addım Qətəri təmiz enerji üzrə Ar-Ge (R&D – araşdırma və inkişaf) investisiyalarına görə qlobal miqyasda (XDM-ə düşən xərc nisbəti ilə) ilk 5 ölkə sırasına daxil edəcək. Bu xətt Qətərin ətraf mühiti qoruyan layihələrə qanunvericilik və kommersiya stimulları verən iqtisadi diversifikasiya vizyonu ilə tam uzlaşır.

Qətər Tədqiqat, İnkişaf və İnnovasiya Şurası (QRDI) sahibkarları, tədqiqatçıları və investorları bir araya gətirmək məqsədilə Qətərin ilk İqlim Texnologiyaları Vençur Kapitalı İnvestisiya Fondunu işə salmaq üçün İqlim Fəaliyyəti Mükəmməllik Mərkəzini (CACE) maliyyələşdirib. Qətər Elm və Texnologiya Parkı (QSTP) isə akselerator proqramları, vençur maliyyələşdirməsi və sənaye tərəfdaşlıqları təklif edərək dayanıqlı sahibkarlığın mərkəzi inkubatoruna çevrilib.

“Shell”, “TotalEnergies” və “Iberdrola Innovation Middle East” kimi transmilli nəhənglər startap akseleratorlarını, pilot layihələri və davamlılıq araşdırmalarını dəstəkləmək üçün Qətər qurumları ilə sıx əməkdaşlıq edirlər. “Shell.ai Futures Pitch Qatar” və “QSTP X TotalEnergies WaterTech Accelerator” kimi təşəbbüslər ölkənin süni intellektlə işləyən enerji sistemləri, su qənaəti və sənaye dekarbonizasiyası üzərində işləyən yerli və beynəlxalq startapları cəlb etmək niyyətini nümayiş etdirir. Dohada keçirilən “Shell.ai Futures Pitch 2025” yarışmasında üç qabaqcıl startap innovativ rəqəmsal enerji həllərinə görə mükafatlandırılıb.

Milli təhlükəsizlik və uzunmüddətli perspektivlər

Enerji sistemlərindəki təcrübəsindən istifadə edən Qətər, dekarbonizasiya və iqlimə uyğunlaşma texnologiyalarına qlobal tələbat fonunda regional lider olmaq üçün böyük potensiala malikdir. Xüsusilə dəniz suyunun şirinləşdirilməsi zavodlarına qarşı yaranan təhdidlərdən sonra regional hökumətlər iqlim texnologiyalarına artıq sadəcə ekoloji siyasət kimi deyil, milli təhlükəsizlik və iqtisadi müqavimətin tərkib hissəsi kimi baxırlar.

Yaxın Şərq böhranı müəyyən zəiflikləri üzə çıxararaq qısamüddətli əməliyyat və investisiya maneələri yaratsa da, mərkəzləşdirilməmiş bərpa olunan enerji sistemlərinin, su təhlükəsizliyi texnologiyalarının və iqlimə davamlı infrastrukturun əhəmiyyətini daha da artırıb. Bölgə karbohidrogen aktivlərindən asılılığı azaltmağa çalışdıqca bərpa olunan enerji, batareya saxlama sistemləri, smart şəbəkələr və süni intellektli infrastruktur menecmentinə sərmayələr sürətlənir.

Münaqişələr desalinasiya obyektləri və kritik kommunal xidmətlər üçün riskləri artırıb və bu da Körfəzdə dayanıqlı su texnologiyalarına güclü tələbat yaradıb. Qısamüddətli perspektivdə tədarük zəncirindəki fasilələr əsas narahatlıq doğuran məsələdir; çünki bir çox iqlim şirkətləri günəş panelləri, batareyalar, yarımkeçiricilər və qabaqcıl sənaye avadanlıqları kimi idxal olunan komponentlərdən asılıdır. Geosiyasi gərginliklər, gəmiçilikdəki gecikmələr və artan logistika xərcləri regionda layihə xərclərini müvəqqəti olaraq artırıb və icra müddətini ləngidib.

Lakin uzunmüddətli potensial qısamüddətli çətinlikləri üstələyir. Qətərin gələcək uğuru tədqiqatları kommersiyalaşdırmaq, startapları regional miqyasda böyütmək və enerji liderliyi ilə davamlılıq öhdəliklərini balanslaşdırmaq bacarığından asılı olacaq. Qətər iqlimə davamlılıq innovasiyaları üçün beynəlxalq laboratoriyaya çevrilmək üçün bütün zəruri komponentlərə — kapitala, infrastruktura və strateji baxışa malikdir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Qətər

Art Basel – Qətərli rəssamdan ekoloji inqilab

Müəllif:
ArabAZ News
Qətər

Qətərin “Femtech” akseleratoru qlobal marağa səbəb olub

Müəllif:
ArabAZ News
Qətər

Qatar Airways-dən möhtəşəm uğur

Müəllif:
ArabAZ News
Qətər

Dohada təhsil həmləsi-Məktəblərdə yeni meyarlar

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.