DOHA,ArabAZ
Qətər Dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə regional məsələləri müzakirə edib. ArabAZ əmirin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkə lideri arasında baş tutan telefon danışığı zamanı, Bakı və Doha arasında ikitərəfli münasibətlər, onların genişləndirilməsi və inkişaf etdirilməsi yollarını, mühüm regional və beynəlxalq məsələlər müzakirə edilib.
Əmir həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə Qətər Dövlətinin Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflərin Çərçivə Konvensiyasında (COP29) iştirakını müzakirə edib.