Qətərli hakim Xamis Əl-Mərri Nyu-York Nyu-Cersi Stadionunda Argentina və İspaniya yığmaları arasında keçiriləcək Dünya Çempionatının final oyununun hakimlik briqadasında yer alacaq. O, bu möhtəşəm qarşılaşmada köməkçi video köməkçi hakim (support VAR) funksiyasını yerinə yetirəcək.
ArabAZ xəbər verir ki, Əl-Mərri video köməkçi hakim (VAR) təyin edilən almaniyalı Bastian Dankert və VAR köməkçisi olacaq kolumbiyalı Nikolas Qallo ilə birlikdə çalışacaq. Bu təyinat Qətərin futbolun ən böyük yarışlarından birində təmsil olunmasını təmin edəcək.
Meydanda isə final oyununu sloveniyalı Slavko Vinçiç idarə edəcək. O, bu turnirin ən böyük matçına təyinat alan ilk Sloveniya rəsmisi olub. Daha əvvəl UEFA Çempionlar Liqasının finalını və UEFA AVRO 2024-ün Fransa ilə İspaniya arasındakı yarımfinal oyununu idarə edən 46 yaşlı hakimin sözlərinə görə, bu təyinat onun üçün inanılmaz bir şərəf və gerçəkləşən bir arzudur.
Vinçiçə həmyerliləri Tomaj Klançnik və Andraj Kovaçiç köməklik edəcəklər. Matçın dördüncü hakimi iordaniyalı Ədhəm Maxadməh, ehtiyat köməkçi hakim isə onun həmyerlisi Məhəmməd Əl-Kələf olacaq. FİFA-dan verilən məlumata görə, bu təyinatlar ilk növbədə hakimlərin turnir boyu göstərdikləri performansa əsaslanır və rəsmilər yarış ərzində nümayiş etdirdikləri davamlı təsirli idarəçilikdən sonra finalı idarə etmək üçün seçiliblər.

