Bakı, ArabAZ
Qəzzada 443 min uşağa iflic əleyhinə peyvənd vurulub.
ArabAZ xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin İlkin Yardım Baş direktoru Musa Abid deyib.
“Qəzza zolağında aşkar edilən poliomielit virusu minlərlə uşağı təhdid edir. 10 yaşından kiçik 443 min uşağa poliomielit peyvəndinin ilk dozası verildi.” – deyə Abid bildirib.
Qəzza zolağının mərkəzi hissəsində peyvənd prosesinin tamamlandığını və gözlədiklərindən daha yaxşı nəticə əldə etdiklərini qeyd edən Abid, 195 min uşağa peyvənd edildiyini, bu rəqəmin 160 min gözləntisinin üzərində olduğunu ifadə edib.
Abid ölkənin cənubundakı Xan Yunus və Rəfah şəhərlərində dünən axşama qədər 248 min uşağın peyvənd edildiyini və bu rəqəmin 300 minə çatmasının planlaşdırıldığını bildirib.
Abid əlavə edib ki, peyvənd kampaniyasının növbəti mərhələsi çərşənbə axşamı Qəzzanın şimalında başlayacaq.
Xatırladaq ki, Fələstin Səhiyyə Nazirliyi avqustun 16-da Qəzza zolağında ilk poliomielit hadisəsinin aşkar edildiyini açıqlayıb.
Avqustun 31-də axşam saatlarında İsrailin hücumlarının davam etdiyi Xan Yunus şəhərində 10 yaşından kiçik uşaqlar üçün poliomielit peyvəndi kampaniyası başlayıb.