Ramallah,ArabAZ
Qəzzada humanitar vəziyyət faciəvidir,ArabAZ xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Düjarrik bu deyib.
O qeyd edib ki , avqust ayı ərzində bir milyondan çox insan Qəzzanın cənubunda və mərkəzi hissəsində humanitar yardımlarla qida payı almayıb.
O əlavə edib ki, “qarşılaşdığımız çətinliklərə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatı və digər humanitar təşkilatlar fələstinlilərə yardım göstərmək üçün əllərindən gələni etməyə davam edirlər”.
Dujarrik əlavə edib ki, 11 aylıq müharibədən sonra beynəlxalq medianın humanitar təsirləri işıqlandırmaq üçün Qəzzaya daxil olması hələ də qadağandır.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) hesabatlarına görə, İordan çayının qərb sahilində İsrail qüvvələri “müharibə bənzər taktikalardan” istifadə etməyə davam edib.