RAMALLAH,ArabAZ

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri müharibənin xarabalığa çevrildiyi Qəzza zolağının şimalında “səhiyyə müəssisələrinin ətrafında və daxilində intensiv hərbi əməliyyatların davam etdiyi” fəlakətli vəziyyət barədə xəbərdarlıq edib. ArabAZ xəbər verir ki,  “Qəzzanın şimalındakı vəziyyət fəlakətlidir” deyən Tedros Adhanom Ghebreyesus X hesabında qeyd edib ki,”məhdud girişlə müşayiət olunan tibbi ləvazimatların kritik çatışmazlığı insanların həyatının qurtarmağa çətinlik törədir”.

O, xüsusilə  cümə günü İsrail qüvvələri tərəfindən basqın edilən Qəzzanın şimalında fəaliyyət göstərən sonuncu xəstəxana olan Kamal Advandakı vəziyyətə diqqət çəkib.

O, İsrail qüvvələrini basqın zamanı yüzlərlə işçini, xəstələri və köçkünləri saxlamaqda ittiham edib.

Qeyd edək ki, cümə günü İsrailin xəstəxanaya basqını zamanı, ÜST,  üç tibb işçisi və daha bir işçinin yaralandığını bildiirb və qeyd edib ki, basqın zamanı xəstəxanada 600 xəstə olub.

“ İsrail tərəfindən 44 kişi işçinin həbsindən sonra yalnız qadın işçilər, xəstəxana direktoru və bir kişi həkim tibbi yardıma ehtiyacı olan 600  xəstəyə qulluq etmək üçün xəstəxanada saxlanılıb.”-deyə ÜST rəsmisi bildsirib.

Tedros, HƏMAS-ın keçən il İsrail daxilində 7 oktyabr hücumlarının müharibəyə səbəb olmasından bəri “Qəzzada bütün səhiyyə sisteminin bir ildən artıqdır ki,İsrail tərəfindən hücuma məruz qalmasından” şikayətlənib.

Birləşmiş Millətlər Təşkilatının etibarlı hesab etdiyi HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliyinin rəqəmlərinə görə, İsrailin cavab kampaniyası Qəzzada 42 min 924 nəfəri, əksəriyyəti mülki şəxsləri öldürüb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version