Bakı, ArabAz
Qəzzaya səfər üçün səylərimiz davam etdirilir.
ArabAz xəbər verir ki, bu barədə Fələstin prezidenti Mahmud Abbas açıqlama verib
Fəth Hərəkatının Mərkəzi Komitəsi Abbasın sədrliyi ilə Ramallahda iclas keçirib.
İclasda Abbas İsrailin Qəzza və İordan çayının qərb sahilindəki hücumlarını dayandırmaq üçün beynəlxalq və ərəb dünyasından dəstək almaq üçün Rusiya, Türkiyə və Səudiyyə Ərəbistanına səfərləri barədə Mərkəzi Komitə üzvlərini məlumatlandırıb.
Abbas, müharibəni dayandırmaq üçün planlaşdırılan Qəzzaya səfər və Fələstin dövlətinin Qəzzada bütün vəzifələrini üzərinə götürməsi üçün səylərin davam etdiyini bildirib.