Tehran,ArabAZ
İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandiri İsmayıl Qaaninin yaxın vaxtlarda xalq arasına çıxacağını bildirib. ArabAZ xəbər verir ki,Qaani son dəfə Livan Hizbullahının Tehrandakı ofisində göründükdən sonra onunla əlaqə kəsilib.
İnqilab Keşikçiləri Korpusunun komandanının müşaviri İbrahim Cabbari Qaani ilə açıqlama verərərk onun səhhətinin yaxşı olduğunu bildirib.
O qeyd edib ki, Əli Xameneyi yaxın günlərdə Qaaniyə “Qələbə Medalı” təqdim edəcək.
Qeyd edək ki, İranın açıqlamalarına baxmayaraq, Beyrutda Qaaninin mümkün ölümü ilə bağlı müxtəlif məlumatlar var.
Qaaninin ötən cümə günü Xameneyinin iştirakı ilə xütbədə iştirak etməməsi onun öldürülmsəi ilə bağlı şübhələri artırıb.
İsrail mediası İnqilab Keşikçiləri Korpusunun xarici əməliyyatlar rəhbəri olan Qaaninin Hizbullahın baş katibi Həsən Nəsrullahın yerinə namizəd olan Haşim Safi əd-Dini hədəf alan reyd zamanı yaralanmış ola biləcəyini ehtimal edir.