BEYRUT, ArabAZ
İsrail-Fələstin münaqişəsinin bir ili tamam olur.
ArabAZ xəbər verir ki, bir il ərzində 17 min uşaq, 11 mindən çox qadın, təxminən 42 min fələstinlini qətlə yetirilib.
100 mindən çox insan yaralanıb. Minlərlə insan itkin düşüb. Əhalinin böyük bir hissəsi köç etmək məcburiyyətində qalıb. Qəzza zolağındakı şəhərlər dağıdılıb.
İsrailin hücumlarında xəstəxanalar da hədəfə alınıb.
Bir il ərzində 885 tibb işçisi və 83 mülki müdafiə işçisi İsrail tərəfindən qətlə yetirilib.
162 səhiyyə müəssisəsi, 131 təcili yardım maşını hücuma məruz qalıb. 80 sağlamlıq mərkəzi və 34 xəstəxana istifadəyə yararsız hala gəlib.
İsrail Qəzza zolağında qətlə yetirdiyi fələstinliləri kütləvi məzarlıqlarda basdırıb. Nasser və Şifa xəstəxanalarının yaxınlığında onlarla fələstinlinin cəsədi tapılıb.
İsrail ordusu Qəzzanın ən böyük in vitro mayalanma mərkəzini vurub. 5 mindən çox in vitro mayalanma embrionu məhv edilib.
Məktəblər, ibadət yerlərin və mədəniyyət mərkəzlərin hədəfə alınıb.
Hücumlar nəticəsində 190 məktəb və universitet binası, 814 məscid və 3 kilsə dağıdılıb.
Həbs edilən fələstinlilərin sayı 10 mini keçib.
Bir ilə yaxındır dünyanın gözü qarşısında beynəlxalq hüquq pozulur.