Bakı,ArabaAZ

Rusiya Ermənistanı qorumaq üçün Bakı ilə münasibətlərini qurban verməyəcək,Arab AZ xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanının və ərəb dünysının ən məşhur qəzetlərindən biri olan Şarqul Avsat qəzetində “Azərbaycan… Qafqazda sülhün və müharibənin açarıdır” adlı məqaləsində deyilir.

 Məqalədə qeyd olunur ki, “Bu gün əhalisi yalnız erməni xristianlarla məhdudlaşan Ermənistanın paytaxtı İrəvanda on doqquzuncu əsrdə türk və müsəlman mənşəli, o zamanlar tatar adlanan azərbaycanlı əksəriyyət yaşayırdı”.

Məqaladə Azərbaycanın regionda yüksələn güc böyük neft ehtiyatına və strateji faydalı qazıntılara malik olduğu xüsusilə qeyd olunur.

“Azərbaycanın İsrail və ABŞ ilə sıx təhlükəsizlik əlaqələri var, eyni zamanda Türkiyə ilə dərin ittifaqı davam etdirir və son dövrdə Avropa Birliyi ilə geniş ticarət müqavilələri bağlamağa müvəffəq olmuşdur. Azərbaycan da başa düşür ki, Türkiyə iki ölkə arasında əlaqələri nəzərə alınmaqla onun razılığı olmadan Ermənistanla münasibətlərini tam normallaşdırmayacaq və Rusiya Ermənistanı qorumaq üçün Bakı ilə münasibətlərini qurban verməyə hazır deyil” -deyə məqalədə bildirilir.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version