ƏR-RİYAD,ArabAZ
Səudiyyə Ərəbistanı yol şəbəkəsinə qoşulma üzrə dünya miqyasında birinci yerdədir və G20 ölkələri arasında yol keyfiyyətinə görə dördüncü yerə yüksələrək əhəmiyyətli addımlar atıb. ArabAz xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Nəqliyyat və Logistika Naziri Saleh Əl-Cəssir 50 ölkədən 1000-dən çox ekspertin qatıldığı “Sabah üçün innovasiyalar” mövzusunda Yol Təhlükəsizliyi və Davamlılıq Konfransında açılış nitqi zamanı deyib.
O qeyd edib ki, bu nailiyyətlər Krallığın yol hərəkəti təhlükəsizliyini artırmaq üçün davam edən səylərinin bir hissəsidir və bu, yol-nəqliyyat hadisələrinin təqribən 50% azalmasına səbəb olmuşdur.
Nazir Krallığın yol şəbəkəsinin təhlükəsizliyini və keyfiyyətini qorumaq üçün çoxsaylı təşəbbüslər həyata keçirdiyini vurğulayıb.