Səudiyyə Ərəbistanı Krallığı, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri göstəricilərinin məlumat bazasına və Səudiyyə Ərəbistanı Baş Statistika İdarəsinin açıqladığı rəsmi hesata əsasən, “Böyük İyirmilik” (G20) ölkələri arasında ən yüksək təhlükəsizlik reytinqinə malik dövlət kimi birinci yerdə qərarlaşıb.
ArabAZ xəbər verir ki, Baş Statistika İdarəsinin yaydığı rəsmi hesata görə, ölkə sakinləri arasında aparılan sosioloji sorğular və monitorinqlər unikal nəticələr ortaya qoyub. Belə ki, Səudiyyə Ərəbistanında gecə saatlarında öz yaşayış sahələrində təkbaşına gəzərkən özünü tam təhlükəsizlikdə hiss edən vətəndaşların və sakinlərin nisbəti ümumi əhalinin 97,7 faizini təşkil edib.
Açıqlanan rəsmi nəticələr Krallığın aidiyyəti dövlət qurumlarının bütün bölgə və vilayətlərdə asayişin təmin olunmasında göstərdiyi yüksək səmərəliliyi sübut edir. Bu müvəffəqiyyət Səudiyyə Ərəbistanında iqtisadi, ərzaq, ekoloji, səhiyyə, sosial, siyasi, intellektual və kibertəhlükəsizlik də daxil olmaqla, həyatın bütün sahələrində rifahın və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan qətiyyətli addımların nəticəsidir. Göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi birbaşa ölkənin “Vision 2030” strateji inkişaf proqramının hədəflərinə tam uyğun şəkildə icra olunur.
Qeyd edək ki, Baş Statistika İdarəsi bütün statistik araşdırmalarını beynəlxalq təşkilatların standartlarına uyğun vahid metodologiya əsasında həyata keçirir. Əhalinin təhlükəsizlik səviyyəsini ölçən bu reytinq də qurumun rəsmi dövri layihələrindən biri olan “Şəxsi Həyat Keyfiyyətinin Qiymətləndirilməsi” sorğusu çərçivəsində hazırlanıb.

