Bakı,ArabAZ

Səudiyyə Ərəbistanının “Masam” layihəsinin üzvləri keçən həftə Yəmənin müxtəlif bölgələrindən ümimilikdə 1139 partlayıcı qurğu eləcə də mina zərərsizləşdiriblər. ArabAZ xəbər verir ki, bu  minalar İran tərəfindən maliyyələşdirilən separatçı  husilər tərəfindən başdırılır.

Son hesabata görə, 13 piyada əleyhinə mina, 56 tank əleyhinə mina, 1056 partlamamış hərbi sursat və 14 partlayıcı qurğu zərəsizləşdirilib.

Təşəbbüsün idarəedici direktoru Usama Əl-Qusaibi bildirib ki, layihənin başlandığı 2018-ci ildən bu günə kimi ümumilikdə 455 min 827 mina zərərsizləşdirilib.

Minatəmizləmə əməliyyatları Marib, Ədən, Juf, Şabva, Taiz, Hudeydə, Lahic, Səna, Əl-Bayda, Əl-Dalə və Saada şəhərlərində aparılıb.

Komandalara mülki şəxslərin təhlükəsiz hərəkətini və humanitar yardımın çatdırılmasını asanlaşdırmaq üçün kəndləri, yolları və məktəbləri təmizləmək tapşırılıb.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version