ANKARA,ArabAZ

2024-cü ilin yanvar-oktyabr aylarında Səudiyyə vətəndaşları Türkiyədə 520 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 106 obyekt azdır.

Bu ilin oktyabr ayında Səudiyyə vətəndaşları Türkiyədə 55 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 15 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyədə 165 min 138 mənzil satın alınıb ki, bu da 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 76,1 faiz çoxdur.

Məlumata görə, 2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyədə 1 milyon 112 min 374 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz çoxdur.

2024-cü ilin oktyabr ayında Türkiyədə xarici vətəndaşlara 2 min 122 mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 16,3 faiz azdır.

Bu ilin yanvar – oktyabr aylarında əcnəbi vətəndaşlar Türkiyədən 19 min 212 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azdır.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version