Bazar ertəsi, 20 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Səudiyyə Ərəbistanı » Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

Səudiyyə daşınmaz əmlak elanlarına ciddi nəzarət -lisenziya şərtdir

İyul 19, 2026 5:43 axşam
Paylaş
Paylaş

Səudiyyə Ərəbistanı hökuməti Ər-Riyadda işini başa vuran Daşınmaz Əmlak Vasitəçiliyi Forumu çərçivəsində daşınmaz əmlakın təsnifatı mərhələsinə qədəm qoyulduğunu elan edib. Həmçinin daşınmaz əmlak vasitəçiliyi, marketinqi və hərrac müəssisələrinin təsnifatı üzrə iki rəhbər sənəd layihəsinin yaxın vaxtlarda “İstislaa” platforması vasitəsilə ictimaiyyətə təqdim olunacağı bildirilib.

ArabAZ xəbər verir ki, bu addım müəssisələrin məlumatlarının şəffaflığını artıracaq meyarların hazırlanması, sahənin və ictimaiyyətin iştirakı ilə fəaliyyət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır. Tədbirdə həmçinin daşınmaz əmlak elanlarının yerləşdirilməsinin yalnız “Fal” (Daşınmaz əmlak vasitəçisinin (fiziki və hüquqi şəxslərin) vasitəçilik peşəsi ilə məşğul olmasına, sövdələşmələri rəsmiləşdirməsinə və daşınmaz əmlakın marketinqini (təqdimatını) həyata keçirməsinə icazə verən rəsmi lisenziyadır.) lisenziyası vasitəsilə daşınmaz əmlak vasitəçiliyi və marketinqi fəaliyyəti ilə məşğul olmaq icazəsi olan şəxslərlə məhdudlaşdırıldığı elan edilib.

Tədbirdə Səudiyyə Ərəbistanında Daşınmaz Əmlak Vasitəçiliyi Sisteminin qüvvəyə minməsindən bəri qeydə alınan alqı-satqı və icarə əməliyyatlarının sayının 13 milyondan çox olduğu diqqətə çatdırılıb. Bu əməliyyatların ümumi dəyəri 1.6 trilyon rialdan (426.6 milyard dollar) yuxarıdır. Sözügedən göstəricilər sistemin fəaliyyət göstərdiyi bazarın həcmini, tərəflər arasındakı münasibətlərin tənzimlənməsində, əməliyyatların rəsmiləşdirilməsində, fəaliyyətin şəffaflığında və xidmət keyfiyyətinin artırılmasında lisenziyalı vasitəçinin rolunun əhəmiyyətini ortaya qoyur.

Bu rəqəmlər Daşınmaz Əmlak Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Daşınmaz Əmlak Vasitəçiliyi Forumunun üçüncüsünün yekununda səsləndirilib. Daşınmaz Əmlak Vasitəçiliyi Sisteminin qüvvəyə minməsinin üç illiyi münasibətilə təşkil olunan tədbirdə İdarənin baş icraçı direktoru mühəndis Abdullah bin Səud əl-Hammad, bir sıra ekspertlər, mütəxəssislər, daşınmaz əmlak vasitəçiləri, vasitəçilik müəssisələri və bu sahə ilə maraqlanan şəxslər iştirak ediblər.

Forumda sistemin qüvvəyə mindiyi vaxtdan ötən iyun ayının sonuna qədər olan daşınmaz əmlak vasitəçiliyi fəaliyyətinin göstəriciləri nəzərdən keçirilib. Fiziki və hüquqi şəxslərə verilən ümumi daşınmaz əmlak vasitəçiliyi lisenziyalarının sayı 117 mindən çox olub. Vasitəçilik müqavilələrinin sayı 1.1 milyona çatdığı halda, daşınmaz əmlak elanlarının sayı 1.2 milyonu ötüb. Bu da lisenziyalı fəaliyyətin əhatə dairəsinin genişlənməsini, daşınmaz əmlak bazarında rəsmiləşdirmənin və nizamlanan elanların mövqeyinin güclənməsini əks etdirir.

Təkmil rəqəmsal infrastruktur

Əsas paneldə daşınmaz əmlak bazarındakı mühüm dəyişikliklər və vasitəçinin bunlara ayaq uydurmasına imkan verən alətlər müzakirə olunub. Bunların önündə sistem və qaydaların təkmilləşdirilməsi, daşınmaz əmlak texnologiyaları və süni intellekt, müştərilərin davranışlarının dəyişməsi, eləcə də Krallıqda baş verən inkişaf və investisiya transformasiyaları və onların daşınmaz əmlak vasitəçiliyinin gələcəyinə təsirləri dayanır.

Çıxış edənlər vurğulayıblar ki, daşınmaz əmlak tənzimləmələri və qaydaları müqavilə mühitinin daha şəffaf olmasına və əməliyyat tərəflərinin hüquqlarının qorunmasına töhfə verib.

Onlar qeyd ediblər ki, vasitəçinin peşəkarlığı bilik, icra sürəti, qaydalara riayət olunması, fəaliyyət göstərdiyi sahənin, layihələrin və bazarların dərk edilməsi ilə bağlıdır. Həmçinin Krallıqdakı təkmil rəqəmsal infrastruktur vasitəçilərə məlumatları yoxlamaq, təhlil etmək və müştəri təcrübəsini inkişaf etdirmək üçün daha səmərəli alətlər təqdim edir. Natiqlər müştəri üçün məlumatların sadələşdirilməsinin, onun əməliyyatı və öhdəlikləri ilə bağlı məsələlərin izah edilməsinin vacibliyini qeyd ediblər, çünki bu, müştərinin tam əminlik və şəffaflıqla qərar qəbul etməsinə kömək edir.

Sistemin qüvvəyə minməsindən üç il sonra daşınmaz əmlak vasitəçiliyinin gələcəyinə işıq salan ikinci panel müzakirəsində Daşınmaz Əmlak Baş İdarəsinin rəsmi sözçüsü Taysir bin Məhəmməd əl-Müfərrəc bildirib ki, növbəti mərhələ fəaliyyətin keyfiyyətinə və daha peşəkar bir bazarın qurulmasına yönələcək.

O qeyd edib ki, maarifləndirmənin gücləndirilməsi İdarə, vasitəçilər və müştərilər arasında ortaq bir məsuliyyətdir. Qanun pozuntuları barədə məlumat vermək və lisenziyası olmayan şəxslərlə işləməkdən imtina etmək pozuntuların qarşısını alan ən mühüm alətlərdəndir.

Əl-Müfərrəc diqqətə çatdırıb ki, tənzimləyici səlahiyyətlərin inteqrasiyası iş sisteminin təkmilləşdirilməsinə və faydalananlar üçün daha bütöv bir prosesin təqdim olunmasına töhfə verib. Növbəti mərhələnin imkanları öz bilik və bacarıqlarını inkişaf etdirən, texnologiyadan istifadə edən və müştərilərin gözləntilərini üstələyən bir təcrübə təqdim edən mütəxəssislər üçün olacaq.

Hüquqi kadrlar

Forum çərçivəsində bir sıra yeniliklər elan edilib. Mütəxəssisin hazırlığını artıran, hüquqi biliklərlə praktiki bacarıqları birləşdirən, xidmət keyfiyyətini və davamlı peşəkar inkişafı dəstəkləyən mərhələli peşəkar ixtisaslaşma marşrutunu qurmaq məqsədilə “daşınmaz əmlak vasitəçiliyi səviyyələri marşrutu” elan olunub. Həmçinin sahənin ehtiyaclarına cavab verən ixtisaslaşmış hüquqi və tənzimləyici kadrlar hazırlamaq məqsədilə Səudiyyə Daşınmaz Əmlak İnstitutu tərəfindən Dövlət İdarəçiliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində təqdim olunan “daşınmaz əmlak sistemləri və qanunvericiliyi diplomu” elan edilib.

Bununla yanaşı, daşınmaz əmlakın təsnifatı mərhələsinə keçildiyi və daşınmaz əmlak vasitəçiliyi, marketinqi və hərrac müəssisələrinin təsnifatı üzrə iki rəhbər sənəd layihəsinin yaxın vaxtlarda “İstislaa” platforması vasitəsilə ictimaiyyətə təqdim olunacağı bildirilib. Bu, müəssisələrin məlumatlarının şəffaflığını artıracaq və sahənin və ictimaiyyətin iştirakı ilə fəaliyyət keyfiyyətini yüksəldəcək meyarların hazırlanması məqsədilə edilir.

Forumda daşınmaz əmlak elanlarının yerləşdirilməsinin “Fal” lisenziyası vasitəsilə daşınmaz əmlak vasitəçiliyi və marketinqi fəaliyyəti ilə məşğul olmaq icazəsi olan şəxslərlə məhdudlaşdırıldığı elan olunub. Bu zaman nizamlayıcı sistem və təlimatlara uyğun olaraq reklam lisenziyasının çıxarılması və göstərilməsi öhdəliyi qoyulub ki, bu da reklamverənin statusunun şəffaflığını və daşınmaz əmlak məzmununun etibarlılığını gücləndirir.

Əməkdaşlıq müqaviləsi

Forum zamanı peşəkar bilikləri inkişaf etdirmək, daşınmaz əmlak düşüncəsinə rəhbərlik etmək və sahə üzrə mütəxəssislərdən ibarət peşəkar bir cəmiyyət qurmaq məqsədilə Səudiyyə Daşınmaz Əmlak İnstitutu ilə Kral Səud Universiteti arasında daşınmaz əmlak üzrə elmi təqaüd (fellowship) proqramının işə salınmasına dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Forumun işinə çirkli pulların yuyulmasına qarşı mübarizə və daşınmaz əmlak mübahisələrinin həllində Səudiyyə Daşınmaz Əmlak Arbitraj Mərkəzinin rolu mövzularında maarifləndirici seminarlar, həmçinin müşayiətedici sərgi, “Vasitəçilər xiyabanı” və sahədəki daşınmaz əmlak vasitəçilərinin uğur hekayələrinin nümayişi daxil olub.

Tədbir daşınmaz əmlak biliklərinin yayılmasına, anlayışların düzəldilməsinə, sistemlər və peşəkar təcrübələr barədə məlumatlılığın artırılmasına yönəlmiş təsirli töhfələri qiymətləndirmək və etibarlı məlumatlara əsaslanan ixtisaslaşmış daşınmaz əmlak məzmununu zənginləşdirəcək təşəbbüsləri stimullaşdırmaq məqsədi daşıyan “Daşınmaz Əmlak Maarifləndirmə Mükafatı”nın qaliblərinin mükafatlandırılması ilə başa çatıb. Həmçinin forumun işinə dəstək verən və daşınmaz əmlak vasitəçiliyi sisteminin inkişafındakı rollarına görə strateji tərəfdaşlar da mükafatlandırılıb.

Qeyd edək ki, Daşınmaz Əmlak Vasitəçiliyi Forumu hər il Daşınmaz Əmlak Vasitəçiliyi Sisteminin qüvvəyə minməsinin ildönümü ilə eyni vaxtda keçirilir. Tədbir peşə sahəsindəki yenilikləri müzakirə etmək, təcrübə mübadiləsi aparmaq, fəaliyyətin inkişafını və daşınmaz əmlak xidmətlərinin keyfiyyətinin yüksəldilməsini dəstəkləyən marşrutları və imkanları nəzərdən keçirmək üçün mütəxəssisləri, müəssisələri və platformaları bir araya gətirir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Səudiyyə Ərəbistanı

Pakistan səudiyyəli naziri “Hilal-i-Imtiaz” ordeni ilə təltif edib

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə səhiyyəsində innovasiyalar dövrü davam edir

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Ciddədə Osmanlı dönəminə aid nadir tapçntılar nümayiş olunub

Müəllif:
ArabAZ News
Səudiyyə Ərəbistanı

Səudiyyə körfəzi xilas edir -Ciddədə logistika mərkəzi açıldı

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.