RİYAD, ArabAZ
2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Səudiyyə Ərəbistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 32 şirkət azdır.
Bu barədə ArabAZ-a Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Səudiyyə Ərəbistan şirkətlərinin məcmu kapitalı 76 milyon 50 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 99 milyon 680 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Səudiyyə Ərəbistan şirkətlərinin əksəriyyəti İstanbulda (32) qeydiyyata alınıb.
“İstanbulda qeydiyyatdan keçən Səudiyyə Ərəbistan şirkətlərinin ümumi kapitalı 74 milyon 9712 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Səudiyyə Ərəbistan kapitalı ilə 21 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.