Ciddə,ArabAZ
Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi humanitar təşəbbüs çərçivəsində 2018-ci ildən bəri 460 min 951 mina və partlamamış hərbi sursat zərərsizləşdirilib.
ArabAZ xəbər verir ki, layihənin icraçı direktoru Usama Əl-Qusaybinin sözlərinə görə, bunlara 301 min 068 partlamamış hərbi sursat, 145 min 139 tank əleyhinə mina, 8 min 148 əldəqayırma partlayıcı qurğu və 6 min 596 piyada əleyhinə mina daxildir.
Ötən həftə layihənin xüsusi qrupları 2 min 439 partlamamış hərbi sursat, 28 tank əleyhinə mina, altı piyada əleyhinə mina və bir əldəqayırma partlayıcı qurğunu məhv edib.
Husi terrorçuları tərəfindən Yəməndə yerləşdirilən partlayıcılar uşaqlar, qadınlar və qocalar da daxil olmaqla mülki əhali üçün təhlükə yaradır.
“Masam” layihəsi Səudiyyə Ərəbistanının Kral Salmanın əmri ilə Yəmən xalqına yardım etmək, ölkə vətəndaşlarına humanitar yardımın çatdırılması üçün marşrutları təmizləmək üçün həyata keçirdiyi bir sıra təşəbbüslərdən biridir.
Minatəmizləmə əməliyyatları Marib, Əden, Cuf, Şabva, Taiz, Hudeydə, Lahic, Sənaa, Əl-Bayda və Saada şəhərlərində aparılıb.
Qeyd edək ki, Yəməndə qarşıdurma başlayandan bəri təxminən 5 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb, onların çoxu minaların olması səbəbindən öz evlərini tərk edib.