Ər-Riyad,ArabAZ

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Krallıqda işsizliyin 2024-cü ildə ən aşağı tarixi səviyyəsini qeydə aldığını bildirib və Krallığın beynəlxalq təsnifat göstəricilərində irəliləyiş əldə etmək üçün davamlı addımlar atdığını vurğulayıb. ArabAZ xəbər verir ki, vəliəhd onu da qeyd edib ki, Krallıq modernləşmə yollunda irəliləyir lakin bununla yanaşı,dəyərlərinə və milli kimliyinə də diqqət yetirir.

 “Krallığın Vizyonu 2030 layihəsi işə salınandan bəri vətəndaş bizim diqqətimizdədir. Krallığın Vizyonu 2030 millətimizi yüksəldəcək, vətəndaşa fayda verməklə yanaşı, gələcək nəsilləri dalğalanmalardan və dəyişikliklərdən qoruyacaq. Səudiyyə Ərəbistanı bir çox fundamental nailiyyətlərə imza atıb və Krallıqdakı bu qeyri-neft fəaliyyətlərinin nümunələri arasında keçən il real ÜDM-ə ən yüksək töhfəsini 50 faizlə qeyd edib ki, bu da davamlılığı artırır”-deyə o qeyd edib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version