Səudiyyə Ərəbistanı ölkəyə giriş vizalarının müddəti bitdikdən sonra Krallığı tərk etməyən əcnəbilərə qarşı sərt xəbərdarlıq edib.
ArabAZ xəbər verir ki, Səudiyyə Daxili İşlər Nazirliyi bəyan edib ki, vizalarının etibarlılıq müddəti başa çatdıqdan sonra ölkədən çıxmayan miqrantlar 50 000 Səudiyyə riyalı (təxminən 13 300 ABŞ dolları) məbləğində cərimə, 6 ayadək həbs və ölkədən deportasiya olunma cəzası ilə üzləşəcəklər.
Nazirlik ictimaiyyəti ölkədə yaşayış, əmək və sərhəd təhlükəsizliyi qaydalarının pozulması hallarına qarşı rəsmi şəkildə həssas olmağa çağırıb. Vətəndaşlardan və rezidentlərdən bu növ qanun pozuntularını qeydə aldıqda Məkkə, Mədinə, Riyad və Şərq vilayətində “911”, Krallığın digər bütün bölgələrində isə “999” qaynar xəttinə zəng edərək rəsmi məlumat vermələri xahiş olunur.

