Bakı,ArabAZ

Səudiyyə Ərəbistanının özəl sektoru şimaldakı Hail əyalətinin inkişafında mühüm rol oynayır. ArabAZ xəbər verir ki, bu haqda Hail qubernatoru Şahzadə Əbdüləziz bin Saad bildirib.

O qedy edib ki , region iqtisadi, investisiya və turizm səviyyələrində keyfiyyət dəyişikliyinin şahidi olur.

“Özəl sektorun regional inkişafa cəld edilməsindən sonra , bir çox bölgələrdə daxili turizmdə və eləcə də iqtisadi göstəricilərdə ciddi artım çüşahidə olunub”-deyə bin Saad bildirib.

Onun sözlərinə görə, özəl sektorun  rehional inkişafa cəlbi həmçinin Səudiyyə Ərəbistanının Milli İnvestisiya Strategiyasına uyğundur.

“Krallığın iqtisadiyyatının böyüməsini və şaxələndirilməsini sürətləndirmək, bir neçə Vizyon 2030 hədəfləri istiqamətində işləməkdir. Bunlara ümumi daxili məhsulda özəl sektorun töhfəsinin 65 faizə, birbaşa xarici investisiyaların ÜDM-ə töhfəsinin 5,7 faizə, qeyri-neft ixracının ÜDM-ə töhfəsinin 16 faizdən 50 faizə çatdırılması daxildir. Əlavə məqsədlərə işsizliyin 7 faizə endirilməsi və Səudiyyə Ərəbistanının 2030-cu ilə qədər Qlobal Rəqabət Qabiliyyətlilik İndeksində ilk 10 iqtisadiyyat arasında yerləşdirilməsi daxildir”-deyə o qeyd edib.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version