ArabAZ, Badia Fahs, Livanlı jurnalist və araşdırmaçı
İsrail hələ ki, İrana hərbi cavab üçün uyğun vaxt və məkan müəyyən etməsə də, vuracağı hədəflərin mahiyyətini, onların nüvə və ya neft obyektləri və ya hərbi bazalar olub-olmadığını müəyyən etməsə də, İsrailin İrana zərbələr endirəcəyi ehtimalı olduqca çoxdur.
Bu dəfə cavab vermək, İrana qarşı böyük bir strateji zərbə vurmaq, rejimə son zərbə ola bilər.
Livan Hizbullahının İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyə şəhərindəki evini hədəf alması və İranın bununla bağlı ittiham etməsi nəticəsində, sonuncunun təkzib etməsinə baxmayaraq, İsrailin bununla kifayətlənməyəcəyi görünür. İrana qarşı məhdud hərbi hücum planı işə düşüb, həmişə olduğundan fərqli olaraq, bu dəfə cavab zərərli və ağrılı olacaq.
İsrailin İran rejimini devirəcək ölümcül zərbəsindən şövqlə və həvəslə yanaşanlar hesab edir ki, Tehrana endirilən zərbələr onun daxili iqtisadi vəziyyətini daha da ağırlaşdıracaq. Bu düçüncə sahibləri artıq demək olar ki, hücum vaxtı üçün geri sayıma başlayıblar.
Bu gözləntilərin qeyri-dəqiqliyinə və reallığının olmamasına baxmayaraq, islam rejiminin əsas iqtisadi damarlarını kəsmək üçün İsrail tərəfindən mümkün ağır zərbələr olacağı təqdirdə, onun ilkin nəticələrindən birinin daxili iqtisadi vəziyyətin yaranması olacağını inkar etmək olmaz. Ehtimal olunur ki, böhran, şübhəsiz ki, rejimin repressiya qabiliyyətini zəiflədəcək və İran küçəsəində küçənin xaosuna səbəb olacaq. Bütün bunları idarə etmək və iqtidarda yaranacaq boşluqdan faydalanmağı bacarmaq lazılmdır.Məsələ ondadır ki, İsrail Tehranı bombalamaqla İran xalqına bu “seçimi” versə də ölkə müxalifəti bundan faydalanacaq gücdə deyil.
Əslində İran rejimi daxildə kövrəkdir, ona görə də xalqı ilə repressiya gücü ilə mübarizə aparır, xaricdə isə bu cür qarşıdurmaya hazırlıq üçün öyrətdiyi, maliyyələşdirdiyi və təchiz etdiyi vəkil qüvvələr vasitəsilə çəkindirici qüvvə ilə mübarizə aparır. Təhlükə yaxınlaşdıqda, İran bu qüvvələri daha aktiv hala gətirəcək.
Xaricdəki İran müxalifəti hesab edir ki, əgər İsrail İrana qarşı genişmiqyaslı müharibəyə başlayarsa, İran ordusu 1979-cu ildə inqilabın qələbəsi zamanı olduğu kimi iki yerə parçalanacaq. Alternativ, rejimi dəstəkləyənlərlə onu dəyişdirmək istəyənlər arasında vətəndaş qarşıdurmasının başlanmasına səbəb olacaq. Lakin bu, ən güclülərin nəzarəti ələ alması ilə qısa ömürlü olacaq və ya belə davam edəcək. Nəticədə İran rejimi cüzi və müvəqqəti güzəştlərə gedəcək , lakin bu lakin onun tamamilə süqutuna səbəb olmayacaqdır.
Kənar müdaxiləyə gəlincə, Yaxın Şərqə, xarici hərbi qüvvə müdaxilə etdikdə, vəziyyət daha da pisləşir və xaos yaranır. Bu xaosun qarşısını heç kim ala bilmir. Bu xaosun qarşısını Somalidə Əfqanıstanda, İraqda Liviyada ,Suriyada heçş kim edə bilməyib. Elə xarici güclər də bu xaosun qarşısını ala bilməyiblər.
Köhnə rejimi devirmək və ya onu bitirmək üçün daxili münaqişə bu ölkələrin heç birində sabitliyə nail ola bilməz, xüsusən də Yaxın Şərqdəki münaqişələrə var gücü ilə müdaxilə edən və ölkələri qəsdən tərk edərək geri çəkilən Amerika Birləşmiş Ştatları.
İstənilən halda, İran rejiminin süqutu ərəb şiələrinə regionun digər komponentlərindən daha çox xidmət edəcək, necə ki, İŞİD-in yox edilməsi sünni müsəlmanları ekstremizm və qan tökmək tələsindən xilas edib. Digər tərəfdən İsrailin darmadağın edilməsi də dünya yəhudilərinin maraqlarına uyğundur və şübhəsiz ki, onun devrilməsi və ya süqutu Fələstini qoruyacaq.
Məqalə Londonda Yayınlanan ƏL-Məcəllə jurnalından ArabAZ tərəfindən müəllifin razılığı ilə tərcümə edilib