XARTUM,ArabAZ

Üzvləri Şərqi Sudanın qədim Beja qəbiləsinə mənsub olan gənclik hərəkatı orduya müttəfiq silahlı hərəkatların bölgədən qovulmasını tələb edib və paytaxtı Port Sudan olan şərq bölgəsini inzibati qərargah olaraq bağlamağa söz verib.ArabAZ xəbər verir ki,özünü “Azad Becavi Gənclik Hərəkatı” adlandıran hərəkat cümə günü verdiyi açıqlamada “bölgəyə kənardan gələn silahlı hərəkatların mövcudluğunun təkcə təhlükəsizlik üçün deyil, həm də sosial quruluşumuz üçün qaçılmaz təhlükə olduğunu” söyləyib.
Bəyanatda deyilir ki, silahlı hərəkatlar bölgəni tərk edənə qədər “region sərhədlərinin tamamilə bağlanması” üçün tədbirlərə başlanılacaq və bu bölgə əhalisinə və onların təhlükəsizliyi üçün zəruri və məcburi bir addımdır.
Sudanın şərqində Minni Arko Minavi (Darfur bölgəsinin qubernatoru) başçılıq etdiyi Sudan Azadlıq Hərəkatı, Maliyyə Naziri Cibril İbrahimin rəhbərlik etdiyi Sudan Ədalət və Bərabərlik Hərəkatı və Sudanın şərqində silahlı milisləri fəaliyyət göstərir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version