DƏMƏŞQ,ArabAZ

Deyr əz-Zorun şərqində, Suriya-İraq sərhəddində yerləşən Əlbukamal şəhəri və onun kəndlərində İran İnqilabı Keşikçiləri Qvardiyası arasında gərginlik hələ də davam edir.Dünən axşam saatlarında Əl-Hassun qəbiləsi mənsubları davam edən gərginlik fonunda İnqilab keşikçiləri qvardiyasının bəzi üzvlərini qaçırıb və onlara məxsus avtomobilləri yandırıblar. Suriyanın yerli KİV-lərinin verdiyi məlumata əsasən qaçırılan iranlı əsgərli hökumət orqanlarına təhvil verib.
Hadisədən sonra Əl-Hassun qəbiləsinin lideri, Dəməşqə sadiqliyi ilə tanınan Şeyx Ayman Daham Əl-Dəndal Suriyanın təhlükəsizlik və partiya rəsmiləri ilə görüşüb.

Mənbələr həmçinin qeyd edib ki, “Əl-Hassun” qəbiləsinin liderləri və görkəmli şəxsləri İrana bağlı şiə milis liderləri ilə danışıqlardan imtina edərək, onları Əl-Bukamaldan qovulmağa çağırıblar. Məlumata əsasən bu rejimə bağlı istər şiə, istərsə də sünni qəbilələrin İrana bağlı silahlı qruplaşmaıa və eləcədə də İran qüvvələri ilə birinci toqquşması deyil.

Narazılığa səbəb isə, əsasən İnqilabı Keşikçiləri Korpusunun Suriyadan olmayan (İraq, Əfqan, Pakistan və İran) millətlərindən olan radikla fanatrik şiələrin bu bölgələrə yerləşdirməsidir.
Əlbukamalda Fatimiyun, Hizbullah, Əl-Nücəba və Asaib Əhli əl-Haq kimi radikal qruplaşmaların olduğu bildirilir.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version