Ər-Riyad ,ArabAZ
Səudiyyə Ərəbistanı İsrailin işğalçı Baş naziri Binyamin Netanyahunun Fələstinin İordaniya Vadisi ərazisinə açıq-aşkar müdaxiləsini kəskin şəkildə pislədiyini və bunun qəbuledilməz olduğunu bildirib.
ArabAZ xəbər verir ki, krallıq XİN açıqlamasında qeyd olunur ki , İsrailin bu təxribat cəhdi bütün qanun və beynəlxalq legitimlik qətnamələrinə zidd olaraq məskunlaşmanı genişləndirmək məqsədi daşıyır.
“Qəzzaya qarşı təcavüzün dayandırılmasının vacibliyini bir daha vurğulayır, işğalçı qüvvələrin çıxarılması, köçkünlərin geri qaytarılması və Fələstin xalqının əzabını yüngülləşdirmək üçün humanitar yardımın təqdim edilməsini tələb edirik”-deyə XİN açıqlamasında deyilir.