ANKARA, ArabAZ
2024-cü ilin yanvar-sentyabr aylarında Səudiyyə Ərəbistanın Türkiyədən polad idxalı 2023-cü ilin eyni ayı ilə müqayisədə 10 faiz artaraq, 86,9 milyon dollara bərabər olub.
Bu barədə ArabAZ -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“2024-cü ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistana 8,3 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 1 faiz çoxdur ”, – deyə nazirlikdən bildirilib.
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq, 12,2 milyon dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.