RİYAD, Arab.AZ
Səudiyyə Ərəbistanının Kral Salman Humanitar Yardım və Xeyriyyə Mərkəzi (KSrelief) Suriyada və Yəməndə minlərlə ailəyə ərzaq yardımı çərçivəsində xurma çatdırıb.
Arab.AZ xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi yayıb.
Bildirilib ki, Suriyada 2 677, Yəməndə isə 3 120 ədəd xurma qutusu ehtiyac sahibi ailələrə paylanıb.
Yardım aksiyası Səudiyyə Ərəbistanının hər iki ölkədə ərzaq təhlükəsizliyini gücləndirmək və humanitar vəziyyəti yüngülləşdirmək məqsədilə həyata keçirdiyi genişmiqyaslı proqramların bir hissəsi olaraq təşkil olunub.