BAKI, Arab.AZ
İran İslam Respublikasının Parlamenti iyunun 25-də keçirilən açıq iclasında Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun layihəsinin əsas müddəalarını təsdiqləyib.
Arab.AZ xəbər verir ki, sessiyada iştirak edən 223 deputatdan 221-i layihənin lehinə səs verib, əleyhinə səs verən olmayıb, yalnız 1 nəfər bitərəf qalıb.
Qərar, ABŞ-ın iyunun 13-də İsrailin İrana qarşı başladığı hücumlara dəstək olaraq bazar günü səhər Natanz, Fordo və İsfahan şəhərlərindəki İran nüvə obyektlərinə endirdiyi hava zərbələrindən sonra qəbul edilib.
Tehran bu zərbələri Birləşmiş Millətlər Nizamnaməsi və beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
İran hökuməti, xüsusilə Atom Enerjisi üzrə Təşkilatı (AEOI) qeyd edib ki, bu hücumlar Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (NPT) pozuntusudur və ölkənin dinc məqsədli nüvə proqramını davam etdirməsinə mane olmayacaq.
İran tərəfi dövlət suverenliyi, milli maraqları və xalqının təhlükəsizliyini qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini bəyan edib.