Bakı,ArabAZ
Tunis hökumətin tənqidçisi və keçmiş prezidentliyə namizəd Safi Səidi “qeyri-qanuni yollarla Əlcəzairə keçdiyi” üçün həbs edilib. ArabAZ xəbər verir ki, Tunis prezidenti Kays Saidin açıq rəqibi olan 70 yaşlı Səid qarşıdan gələn seçkilərdə hazırkı prezidentə meydan oxumağı planlaşdırırdı, lakin həbsdən sonra onun adı namizdələr siyahısından çıxarılıb.
Qeyd edək ki, bu ilin əvvəlində keçmiş jurnalist olan Səid, oktyabrın 6-na təyin edilmiş prezident seçkilərində namizədliyini irəli sürdüyünü açıqlamışdı.
İyun ayında Səid 2014-cü il prezident seçkilərində saxta imzalar hazırladığına görə 4 aylıq həbs cəzasına məhkum edilib.