DƏMƏŞQ. Arab.AZ
Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə PKK/PYD terror təşkilatının Suriyadakı mövqelərinə qarşı böyük hərbi əməliyyata hazırlaşır.
Arab.AZ xəbər verir ki, hal-hazırda əməliyyatın başlanması üçün son hazırlıqlar aparılır. Hal-hazırda Türkiyəyə məxsus PUA-lar Suriyanın şimalında Təll-Təmr bölgəsində terrorçulara aid hədəfləri nöqtə atışı ilə məhv edir.
Eyni zamanda Türk Silahlı Qüvvələrinə aid PUA-lar Mənbicin cənubundakı PKK/YPG-yə aid mövqeləri məhv edirlər.