ANKARA, ArabAZ
2024-cü ilin yanvar – sentyabr aylarında Türkiyənin Səudiyyə Ərəbistana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 84,6 faiz artaraq, 193,3 milyon dollara bərabər olub.
Bu barədə ArabAZ -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə Səudiyyə Ərəbistana 18,7 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 70 faiz çoxdur ” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 1,9 faiz artaraq, 12,2 milyard dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16,4 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.