BAKI, Arab.AZ
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff HƏMAS-ın onun atəşkəs təklifini qəbul etdiyinə dair məlumatı təkzib edib.
Arab.AZ xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Bundan əvvəl HƏMAS-ın bu atəşkəs planını qəbul etdiyi bildirilmişdi.
Mənbələrin məlumatına görə, vasitəçilər üzərindən HƏMAS-a təqdim olunan yeni təklifdə 10 girovun azad edilməsi və 70 günlük atəşkəs nəzərdə tutulur. Bu müddət ərzində ABŞ-ın zəmanəti ilə daimi atəşkəs rejimi müzakirə ediləcək.
Bundan əlavə, HƏMAS və İsrail arasında daimi atəşkəs barədə danışıqlar ABŞ-ın zəmanəti altında sülh dövründə davam etdiriləcək.