SƏNA,ArabAZ
Ərəb dünyasını bilmıyən çətin ki, yəmənlilərin gündəlik həyatının bir parçası olan “qat” (Yəmən otu) haqqında xəbərdar olsunlar.
Buna görə də ilk öncə bu bitki haqqında məlumat vermək istərdik. Qeyd edək ki, “qat” dünyanın bir çox ölkəsində qadağandır və narkotik vasitə hesab edilir.

“Qat” (Yəmən otu, ərəb çayı) nədir?
Müxtəlif elmi araşdırmalarda Qat” (Yəmən out, ərəb çayı) kimi adlandırılan bu otun elmi adı  latınca “Catha edulis”dir. Təkibində  “katinon” adlanan “menoamin” alkaloidin var. Ümumdünya Səhiyyə Təşkilatı “khat”ı yüngül və ya orta dərəcədə asılılığa səbəb ola bilən zərərli dərman kimi təsnif edib. Aşırı istifadə olduqca ciddi  fəsadlara səsəb ola bilər.


 “Qat çeynəmək” vərdişi Yəmən və yəmənlilərin həyatında öz yerini  tutub. Yəmənlilərin əksəriyyəti bütün şəraitdə onun son dərəcə pis təsirini etiraf edir. Onlar hesab edirlər ki, “qat” xüsusilə onların yaşayış, sağlamlıq, psixoloji və vəziyyətlərinə ciddi tədir edir. Bu düşüncə Yəmənda on illərlər davam edən müharibədən öncə hakim fikir idi. İndi isə ölkəni  bütüyən müharibə fonunda bu  təhlükənin dahan ciddi olduğu  açıq şəkildə ortaya çıxır.
Yəməndə müharibə tərəfləri atşmadan sonra mütləq şəkildə “qat” çeyənyirlər, bir iki saat yatıb dincəldikdən sonra gecə döyüşləri vaşlayır və “qat” təsiri ilə bi döyüçlər daha amansız və ağlasığmaz olur.
Bu, Yəmənin ən azı ötən əsrdə apardığı müntəzəm və ya yarı nizamlı müharibələrin əksəriyyəti zamanı baş verib.
Bir çox yəmənlilər “qat”ı stimullaşdırıcı roluna görə qəbul etməyə vərdiş edirlər ki, güya bu da onların zehnini daha çox konsentrasiya etmək üçün stimullaşdırmağa kömək edir.

İctimai sağlamlıq üçün risklər

Bununla belə, “qat” çeynəmə ürək-damar xəstəlikləri və yuxarı həzm sisteminin xərçəginə səbəb olur. Müharibə illərində “qat” istehsalının artırılmasında istifadə olunmaq üçün bəzi gübrələrin və kimyəvi maddələrin xaricdən gətirilməsi nəticəsində, ətraf mühitin və ümumilikdə kənd təsərrüfatı torpaqlarının zəhərlənməsi çox ciddi narahatlığa səbəb olur.

Share.

Şərhlər bağlıdır.

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version