Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Yeni ABŞ pasportlarında Trampın fotosu olacaq

ABŞ-ın 250 illiyi münasibətilə Donald Trampın fotosu və imzası olan məhdud sayda xüsusi pasportlar buraxılacaq. Dövlət Departamenti yeni dizaynı təsdiqləyib.

Aprel 29, 2026 3:29 səhər
Paylaş
Paylaş

ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə aqşamı təsdiqləyib ki, iyul ayında ABŞ-ın müstəqillik bəyannaməsinin 250 illiyi münasibətilə buraxılacaq yeni pasportlarda Prezident Donald Trampın şəkli yer alacaq.

ArabAZ xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Tommi Piqot “X” platformasında bildirib ki,: “ABŞ iyul ayında yaradılmasının 250 illiyini qeyd edərkən, nazirlik bu tarixi hadisəni anmaq üçün xüsusi dizayn edilmiş məhdud sayda Amerika pasportlarını təqdim etməyə hazırlaşır”.

Piqot “Fox News Digital” kanalının məqaləsini yenidən paylaşaraq yeni nümunəni nümayiş etdirib. Yeni pasportun daxili səhifələrində Trampın fotosu və qızılı rəngdə imzası, həmçinin 4 iyul 1776-cı ildə müstəqillik elan edildiyi gün “Qurucu Ataların” (Founding Fathers) təsviri yer alır.

İndiyə qədər vəzifədə olan heç bir ABŞ prezidentinin şəkli pasportlarda yer almayıb. Bu münasibətlə həmçinin üzərində Trampın təsviri olan qızıl xatirə sikkəsinin buraxılması da planlaşdırılır.

Hakimiyyətə qayıtdıqdan sonra paytaxtdakı bir neçə binaya, o cümlədən məşhur “Kennedi Mərkəzi” (Kennedy Center) zalına və Sülh İnstitutuna Trampın adı verilib. Tramp həmçinin 250 illik yubiley şənlikləri çərçivəsində 21-23 avqust tarixlərində Vaşinqtonda “IndyCar” avtomobil yarışlarını təşkil etməyi planlaşdırır.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən rəsmisi aydınlıq gətirib ki, bu pasportlar yalnız Vaşinqtonda veriləcək və çox məhdud miqdarda mövcud olacaq.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSuriya

Suriyada qızıl və valyuta ticarəti rəqəmsallaşır

Müəllif:
mail.azerpress@gmail.com
Redaktorun seçimi

Şeyxa Mozanın iştirakı ilə Qətərdə məzun günü keçirilib

Müəllif:
mail.azerpress@gmail.com
İranRedaktorun seçimiTəhlilTürkiyə

İranın “türk onurğası” – İsrailin hədəf strategiyası

Müəllif:
mail.azerpress@gmail.com
QətərRedaktorun seçimi

Golden Pass LNG- ABŞ-dakı Qətər investisiyası

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.