Bazar, 26 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Yaxın Şərq » İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik – Əhməd əş-Şəraa

İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik – Əhməd əş-Şəraa

İyul 26, 2026 11:12 səhər
Paylaş
Paylaş

Suriya Prezidenti Əhməd əş-Şəra bildirib ki, Dəməşq bir sıra ölkələrin iştirakı ilə İsraillə təhlükəsizlik sazişinin əldə olunması istiqamətində çalışır. Onun sözlərinə görə, bu razılaşma Suriyanın işğal altında olan Colan təpələrinə dair hüquqlarına xələl gətirmədən daha geniş sülh prosesinə zəmin yarada bilər.

  • Beyrutda gərginlik-Hizbullah küncə sıxılır
  • Qətərdə ipoteka əməliyyatlarının həcmi 13 milyard riala çatıb
  • Ərəb pop kraliçası Nensi Ajram mənim favoritimdir-Ayliş
  • BƏƏ sakinləri ərəb dilinin qorunmasını tələb edir

ArabAZ xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibəsində danışan Suriya lideri ölkəsinin İsraillə hərbi qarşıdurmadan yayınmağa çalışdığını və belə bir qarşıdurmada maraqlı olmadığını bildirib. Əş-Şəra qeyd edib ki, hazırda müzakirə olunan təhlükəsizlik mexanizmlərinin uğurla başa çatması daha genişmiqyaslı siyasi nizamlanma üçün imkan yarada bilər.

  • İraq diplomatiyasının ən tanınmış siması – Tariq Əziz kimdir?
  • Ərəb Əmirliklərində yol infrastrukturu genişləndirilir
  • İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik – Əhməd əş-Şəraa
  • Livanda qeyri-qanuni silah problemi necə həll olunacaq?
  • Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu
  • Əs-Sistani sonrası Nəcəf Hövzəsini gözləyən tarixi sınaq

Suriya Prezidenti ölkəsinin Livana hərbi müdaxilə etmək niyyətində olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Dəməşq Livan hökuməti ilə ölkədəki böhranın aradan qaldırılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində əməkdaşlıq imkanlarını müzakirə edir. Əş-Şəra bildirib ki, Livandakı böhran yalnız təhlükəsizlik tədbirləri ilə həll oluna bilməz və bunun üçün siyasi, iqtisadi və sosial sahələri əhatə edən kompleks yanaşmaya ehtiyac var. O, həmçinin Livanda yaranacaq istənilən qeyri-sabitliyin Suriyaya da birbaşa təsir göstərəcəyini qeyd edib.

Suriya ordusu Hizbullaha qarşı göndərilə bilərmi?

Suriya Prezidenti Dəməşqin Livanda silah və müharibə-sülh qərarlarının yalnız dövlət institutlarının səlahiyyətində olmasını dəstəklədiyini bildirib. Əş-Şəra regionda müharibənin genişlənməsi ehtimalından narahat olduqlarını və bunun Yaxın Şərq üçün ciddi nəticələr doğura biləcəyini vurğulayıb.

Qərbin təzyiqi Suriyada yeni vətəndaş müharibəsini alovlandırır?

Müsahibədə Suriyaya tətbiq olunan beynəlxalq sanksiyalara da toxunan prezident bildirib ki, iqtisadi məhdudiyyətlərin aradan qaldırılması Suriyanın terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılması ilə müşayiət olunmadığı təqdirdə tam effekt verməyəcək.

O, həmçinin Suriya Demokratik Qüvvələri (SDQ) ilə əldə olunmuş razılaşmanın icrasında müəyyən ləngimələrin olduğunu desə də, hökumətin həmin prosesin uğurla başa çatacağına ümid etdiyini bildirib. İtkin düşmüş şəxslərlə bağlı məsələyə də toxunan Əş-Şəra qeyd edib ki, bu istiqamətdə beynəlxalq standartlara uyğun fəaliyyət göstərəcək xüsusi komissiya yaradılıb və proses bu sahədə təcrübəyə malik dövlətlərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Qırmızı dənizdə növbəti təxribat: “Encelia” gəmisi vuruldu

Müəllif:
ArabAZ News
QətərRedaktorun seçimi

Qətər yaxında maye qaz hasilatını bərpa edir

Müəllif:
ArabAZ News
Arab SportArab+Redaktorun seçimi

Səudiyyəli döyüşçü İsar rinqə qayıdır

Müəllif:
ArabAZ News
Digər xəbərlərİordaniyaRedaktorun seçimiYaxın Şərq

Azərbaycan və İordaniya viza rejimini ləğv etdi

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.