Bakı,Arab.AZ

Dünya şöhrətli memar Zaha Muhəmməd Hadid ,31 oktyabr 1950-ci ildə Bağdadda doğulub.  2004-cü ildə o, tarixdə Pritzker mükafatına layiq görülən ilk qadın oldu.  “The Guardian” qəzeti Hadid haqqında “ O mermarlığı həndəsənin əsirliyindən azadn edən kraliçadır” deyib. Onun əsas əsərləri arasında London Olimpiadası üçün Su İdmanı Mərkəzi , ABŞ-da Miçiqan Universiteti Böyük İncəsənət Muzeyi, Bakıda Heydər Əliyev Mərkəzi və Çində Quançjou Opera Evi  yer alır. Onun bəzi layihələri ölümündən sonra təqdim olundu.

Zaha Hadidin atası Məhəmməd əl-Həcc Hüseyn Hadid sol-liberal fikirlərə sahib idi və Milli Demokratik Sosialist Partiyasının həmtəsisçisi idi. Anası Vaciha əl-Sabunci əslən Mosuldan olan rəssam idi . Hətta anasının türkmən olduğu da iddia edilir.

Zaha ilk olaraq Beyrut Amerika Universitetində riyaziyyat üzrə təhsil alıb . 1972-1977-ci illərdə Londonda Memarlıq Assosiasiyasında təhsilinin davam etdirib. Karyerasına müəllimi, görkəmli holland memar və dekonstruktivist nəzəriyyəçi Rem Koolhaasın OMA bürosunda başlayan Zaha Hadid 1979-cu ildə özünün Zaha Hadid Architects memarlıq firmasını təsis edib.

Zaha Hadid deyirdi: “Mən heç vaxt peşəkar olacağıma şübhə etmirdim”.  

Demək olar ki, yeniyetməlik illərindən bəri Zaha Hadid daim fantaziyalar qurur və bir çox layihələr üzərində işləyirdi. O, Temza üzərində körpü, İngiltərənin Leicester şəhəri üçün tərs çevrilmiş göydələn  və Honq Konqda dağın zirvəsində klub tikmək variantlarını təklif edir. Bu və digər layihələr ona nüfuzlu memarlıq müsabiqələrində qələbə və peşəkarlar arasında populyarlıq qazandı.

O, İstanbulda Kartal-Pendik şəhər çevrilməsi layihəsinin dizayn müsabiqəsində qalib olub, lakin mükafatı qazanmasına baxmayaraq, iş pozulub və layihə həyata keçirilməyib.  

Dünya memarlıq səhnəsində iz qoyan Zaha Hadid cəsarətli dizaynları ilə tanınıb. İlk qadın Pritzker mükafatı laureatı olan Hadid ölənə qədər qeyri-adi layihələri ilə ilham verməyə davam etdi.  

Zaman keçdikcə Zaha Hadid daha da tanınmağa başladı.

2016-cı ildə Kral Qızıl Medalına layiq görülən İraq əsilli britaniyalı memar 2015-ci ildə Jan Nouvel, Frank Gehry və Oscar Niemeyerdən sonra Memarlıq üzrə Kral Qızıl Medalı alan ilk qadın olub.  

Zaha Hadid 31 mart 2016-cı il cümə axşamı günü ABŞ-ın Mayami şəhərindəki xəstəxanada ürək tutması nəticəsində 65 yaşında vəfat edib.

Londondakı ofisindən verilən açıqlamada Zahanın günlər əvvəl sətəlcəm xəstəliyindən sonra qəfil öldüyü və xəstəxanada müalicə olunarkən qəfil infarkt keçirdiyi bildirilib. 

Boris Conson Tvitter hesabında verdiyi açıqlamada “Zaha Hadidin ölüm xəbərini eşitdiyimə görə çox kədərləndim. O, ilham mənbəyi idi və onun irsi Stratfordda və bütün dünyada möhtəşəm binalarda yaşayır”.  -deyə yazıb.

Share.
Cavab Yazın

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə AzərPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
© 2024 Bütün haqları qorunur. AzərPress.
Exit mobile version