Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Azərbaycanın Yaxın Şərq siyasəti olduqca həssasdır

May 13, 2026 5:45 səhər
Paylaş
Paylaş

Son dövrlərdə Yaxın Şərqdə artan gərginlik, xüsusilə ABŞ-İran qarşıdurması fonunda dünya bazarlarında neft və ərzaq qiymətlərinin yüksəlməsi qlobal iqtisadi təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb. Dünyada daşınan neftin mühüm hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında yaranan risklər beynəlxalq ticarət zəncirinə və enerji bazarlarına ciddi təsir göstərir. Bu cür geosiyasi böhranlar ərzaq təhlükəsizliyi, logistika və inflyasiya proseslərinə birbaşa təsir etməklə bir çox ölkələr üçün əlavə iqtisadi təzyiqlər yaradır. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanda qorunan sabitlik, sosial-iqtisadi dayanıqlılıq və ictimai təhlükəsizlik xüsusilə diqqət çəkir.

Trend İnformasiaya Agentliyinin direktor müavini, ArabAZ təsisçisi və Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu AZƏRTAC-a açıqlamasında bildirib ki, İran ətrafında artan gərginlik və Hörmüz boğazındakı təhlükəli proseslər fonunda Azərbaycanın nümayiş etdirdiyi balanslaşdırılmış xarici siyasət region üçün mühüm nümunədir.

Ekspert qeyd edib ki, son 10-15 ildə Yaxın Şərqdə baş verən böhranların əsas səbəblərindən biri lider boşluğudur. “Baxmayaraq ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yüksək səviyyədədir, amma bu gün regionda bir çox dövlətlərdə lider böhranı açıq şəkildə müşahidə olunur. Suriya nümunəsi göstərir ki, zəngin resurslara malik olmaq hələ sabitlik demək deyil; idarəetmədəki problemlər ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər”, – deyə R. Hafizoğlu vurğulayıb.

Ekspertin sözlərinə görə, Azərbaycan regionda münaqişə tərəflərinin hər biri ilə açıq dialoq qura bilən nadir ölkələrdəndir. Bakı həm ərəb dünyası, həm İsrail, həm də ABŞ ilə yüksək səviyyəli münasibətləri qoruyur, İranla isə təmkinli və ölçülüb-biçilmiş siyasət yürüdür. “Azərbaycanın bütün tərəflərlə diplomatik əlaqələrə malik olması ölkəyə geniş manevr imkanları verir. Bu siyasət o qədər həssas və dəqiq hesablanıb ki, regiondakı böhranlara baxmayaraq, Azərbaycan özünü təhlükəsiz və sabit hiss edə bilir. Azərbaycan Şərq dünyasının ayrılmaz hissəsidir və regionda baş verən proseslərdən özünü sığortalamağın ən vacib yolu dialoq mexanizmlərini qoruyub saxlamaqdır”, – deyə ekspert fikrini tamamlayıb.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+Redaktorun seçimi

Səudiyyə Qadın Futbolunun ən yaxşıları seçildi

Müəllif:
ArabAZ News
Təhlil

 Husilərin yay düşərgələri-Yəməndə məhv edilən uşaqlar

Müəllif:
ArabAZ News
Redaktorun seçimiSəudiyyə Ərəbistanı

Səudiyyə Həcc modelini kökündən yenilədi

Müəllif:
mail.azerpress@gmail.com
Təhlil

Müctəbanın real hakimiyyəti nə qədərdir

Müəllif:
ArabAZ News
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.