Bazar, 9 Avq 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
İraq » İraqın ABŞ-a neft ixracı bir ayda 50 faiz azalıb

İraqın ABŞ-a neft ixracı bir ayda 50 faiz azalıb

May 13, 2026 9:55 səhər
Paylaş
Paylaş

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) açıqladığı hesabatda İraqın ABŞ-a xam neft ixracının bir ay ərzində 50 faiz azaldığını bildirib. İraq aprel ayında ABŞ-a təxminən 3,21 milyon barel xam neft ixrac edib, halbuki bu rəqəm mart ayında 6,44 milyon barel təşkil etmişdi.

ArabAZ xəbər verir ki, aprel ayının həftəlik göstəricilərinə nəzər saldıqda maraqlı bir dalğalanma müşahidə olunur: ilk həftədə gündəlik orta ixrac 109 000 barel olub, ikinci həftədə bu rəqəm 48 000 barelə düşüb, üçüncü həftədə 195 000 barelə yüksəlsə də, dördüncü həftədə yenidən azalaraq 76 000 barelə enib. Bu kəskin azalmaya baxmayaraq, İraq aprel ayında Kanada, Səudiyyə Ərəbistanı, Meksika, Venesuela və Kolumbiyadan sonra ABŞ-ın altıncı ən böyük neft tədarükçüsü olaraq qalıb. Ərəb ölkələri arasında isə İraq təxminən 9,54 milyon barel neft tədarük edən Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir.

Hesabatda vurğulanır ki, İraqın dəniz yolu ilə xam neft ixracı aprel ayında Hörmüz boğazında dəniz nəqliyyatının davamlı olaraq pozulması səbəbindən görünməmiş səviyyəyə düşüb. Məlumata görə, İraqın ümumi neft ixracı 2025-ci ilin aprel ayı ilə müqayisədə 96 faiz, cari ilin mart ayı ilə müqayisədə isə 76 faiz azalaraq gündəlik cəmi 131 000 barelə qədər geriləyib. Qeyd edək ki, ABŞ gündəlik 20 milyon bareldən çox neft istehlakı ilə dünyanın ən böyük neft istehlakçısıdır.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

İraq

Bağdad İsrailə qarşı əməliyyata başladı

Müəllif:
ArabAZ News
İraqRedaktorun seçimi

İraq OPEK – dən çıxır, yoxsa hasilat kvotasında artım istəyir?

Müəllif:
mail.azerpress@gmail.com
İraqTürkiyə

THY İraqa uçuşları intensivləşdirir – gündəlik 3 uçuş

Müəllif:
ArabAZ News
Arab+ArabShowİraq

Səddam rejimindən Kann səhnəsinə-İraq kinosu yenidən canlanır

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.