Çərşənbə, 24 İyn 2026
ArabAZ
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZArabAZ
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.

Kannın ərəb ulduzu İkram Omar hamını valeh etdi

May 14, 2026 12:09 axşam
Paylaş
Paylaş

Çərşənbə günü Fransız Rivyerasında 79-cu illik Kann Kinofestivalının rəsmi açılış mərasimi və “La Venus Electrique” filminin nümayişi baş tutub. Gecənin ən diqqətçəkən simalarından biri, əslən somalili olan İsveç doğumlu model İkram Abdi Omar olub. O, “Stella McCartney” (Payız 2025) kolleksiyasından olan tam ağ ansamblı və “Pasquale Bruni” zinət əşyaları ilə qırmızı xalçada hər kəsi özünə heyran qoyub.

ArabAZ xəbər verir ki, festivalda ərəb dizaynerlərinin işləri də ulduzların geyimlərində geniş təmsil olunub. Alman-amerikan model və televiziya aparıcısı Heydi Klum məşhur livanlı kutyurye Əli Saabın (Elie Saab) hazırladığı şaftalı və sarı tonlarda olan fantaziya üslublu donu ilə diqqət mərkəzinə düşüb. ABŞ aktrisası Maika Monro isə Səudiyyə Ərəbistanı dizayneri Məhəmməd Aşinin (“Ashi Studio”) imzasını daşıyan gümüşü rəngli zərif donu ilə başdan-ayağa parlayıb. “Miss Universe Lebanon 2023” Maya Abul Hosn isə livanlı dizayner Nikolas Cebranın (Nicolas Jebran) hazırladığı libasla Kanda parlaq debüt edib.

View this post on Instagram

A post shared by Ikram (@ikramabdi)

79-cu Kann Kinofestivalının açılışı siyasət, süni intellekt və Hollivudun dəyişən prioritetləri mövzularının kölgəsində keçib. Festivalın açılışında “Üzüklərin hökmdarı” filminin rejissoru Piter Ceksondan ehtiramla bəhs edilib və ona “Fəxri Palma Budağı” təqdim olunub. Mükafatı ona filmin ulduzu, Frodo Baggins obrazının ifaçısı Elayca Vud təqdim edib. Cekson mükafatı alarkən zarafatla bildirib: “Hələ də niyə mənə ‘Palma Budağı’ verdiklərini anlaya bilmirəm, mən heç bu tip adam deyiləm”.

Ceyn Fonda və Qonq Li festivalı rəsmən açıq elan edərkən Fonda: “Kino həmişə bir müqavimət aktı olub”, – deyə vurğulayıb. Builki münsiflər heyətinə “Oldboy” filminin rejissoru Park Çan-vuk rəhbərlik edir. O bildirib ki, incəsənət və siyasət bir-birinə zidd anlayışlar deyil və kino ilə siyasət həmişə əl-ələ verir.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Arab SportArab+Redaktorun seçimi

Səudiyyəli döyüşçü İsar rinqə qayıdır

Müəllif:
ArabAZ News
Arab SportArab+Səudiyyə Ərəbistanı

Səudiyyə Liqası: “Əl-Xolud” “Əl-Feyha”nın qələbə sevincini yarımçıq qoydu

Müəllif:
mail.azerpress@gmail.com
Arab+ArabShow

Yasmin ərəb dünyasının moda ikonuna necə çevrildi?

Müəllif:
ArabAZ News
Digər xəbərlərİraq

Bu gün ABŞ İraqa qarşı müharibəyə başladı

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.