Bazar ertəsi, 13 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Xəbər lenti » Xameneini ilk təbrik edən Omanın İran ilə dostluğu bitdimi?

Xameneini ilk təbrik edən Omanın İran ilə dostluğu bitdimi?

İyul 13, 2026 6:22 səhər
Paylaş
Paylaş

Hormuz boğazında naviqasiya tənzimləmələrinə dair Oman və İranın ötən şənbə günü paytaxt Məsqətdə başa çatan danışıqlar raundundan bir neçə saat sonra Sultanlıq, bu gün Hormuz boğazına baxan Müsendem vilayətindəki mövqelərinin pilotsuz uçuş aparatları (PUA) tərəfindən hədəf alındığını elan edib.

Bazar günü teleqram kanallarında Tehran, qonşu Körfəz ölkələrindəki Amerika hərbi bazaları olduğunu iddia etdiyi obyektləri raket və PUA-larla hədəf aldıqdan sonra Hormuz boğazını bağladığını elan edib. Bu hadisə, ABŞ-ın İran sahil bölgələrinə təşkil etdiyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qüvvələrinin Hormuz boğazından keçən bir ticarət gəmisinə etdiyi hücuma cavab olduğunu bildirdiyi yeni zərbələr dalğasının ertəsi günü baş verib.

Oman Sultanlığına qarşı son eskalasiya, İran və ABŞ arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda digər Körfəz ölkələrinin və İordaniyanın hədəf alınması ilə eyni vaxta təsadüf edib. Bazar günü Qətər, BƏƏ, Küveyt, Bəhreyn, Oman Sultanlığı və İordaniyanın hər biri, ötən ilin aprel ayında Vaşinqton və Tehran arasında əldə olunmuş sakitlikdən bəri ərəb ölkələrinə qarşı yönələn ən genişmiqyaslı hücum dalğasının şahidi olublar.

Oman Sultanlığında nə baş verib?

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), bazar günü bəyan edib ki, onun hərbi hava qüvvələri Amerikanın hərbi təcavüzü olaraq xarakterizə etdiyi addımlara cavabın üçüncü mərhələsi çərçivəsində Oman Sultanlığının Duqm limanında ABŞ təyyarə daşıyan gəmilərinin dəstək və yanacaq doldurma platformalarına hücum təşkil edib. SEPAH əlavə edib ki, əməliyyat ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin loqistik dəstək mərkəzlərini hədəf alıb.

Bazar günü daha erkən saatlarda SEPAH-ın Hərbi Dəniz Qüvvələri tərəfindən yayımlanan bəyanatda qeyd olunub ki, “öz sistemlərini söndürərək dəniz təhlükəsizliyini riskə atan bir gəmi hədəf alınıb və bu, onun dayandırılması ilə nəticələnib”. Bəyanatda bir neçə gəminin dəniz keçidini “icazə verilməyən marşrut” vasitəsilə keçməyə çalışdığı və marşrutlarını düzəltmək üçün edilən xəbərdarlıqlara məhəl qoymadığı iddia edilib. SEPAH boğazın “növbəti bildirişə qədər” və “bu bölgədə Amerikanın müdaxiləsi bitənədək” bağlı olduğunu bildirib.

Omanın öz ərazilərinin hədəf alınmasına reaksiyası nə oldu?

Oman rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Oman Sultanlığı bazar günü öz ərazilərinin hücuma məruz qalmasından sonra İran səfirini Xarici İşlər Nazirliyinə çağırıb və Tehrana öz ərazilərini hədəf almaqda ittiham edən rəsmi etiraz notasını təqdim edib.

Agentlik qeyd edib ki, Xarici İşlər Nazirliyinin rəsmisi səfirə Oman Sultanlığının bu qeyri-məsuliyyətli hərəkətlərdən duyduğu narahatlığı (hiddəti) çatdıran etiraz notasını təqdim edib; sənəddə dövlətlərin suverenliyi, xoş qonşuluq prinsiplərinə riayət edilməsi, daxili işlərə qarışmamaq, iki qonşu ölkəni və xalqı birləşdirən mənəvi dəyərlərə və normalara hörmət göstərilməsi tələb olunub.

Həmçinin Sultanlıq öz ərazilərini hədəf alan bombardmanı pisləyib və rəsmi agentliyin X sosial şəbəkəsindəki paylaşımında bildirilib: “Oman Sultanlığı bu hədəf almanı kəskin şəkildə pisləyir və rədd edir”. Bu hadisə İranın Xarici İşlər Naziri Abbas Əraqçinin Hormuz boğazı məsələsini müzakirə etmək üçün Sultanlığa etdiyi səfərdən bir neçə saat sonra baş verib. Agentlik qeyd edib ki, Sultanlıq “ölkənin və oradakı sakinlərin təhlükəsizliyini qorumaq məqsədilə bu proseslərlə rəftar üçün bütün zəruri tədbirləri gördüyünü” təsdiqləyib.

Əl-Cəzirənin Məsqətdəki müxbiri Samir Əl-Nəmri bildirib ki, Omanın İran səfirini çağırması tarixi bir presedentdir və Oman-İran münasibətləri ilk dəfədir ki, bu səviyyədə bir eskalasiyaya çatır.

Oman sahilləri yaxınlığında gəmiyə edilən hücumun təfərrüatları nədir?

Oman Sultanlığı bazar günü bəyan edib ki, Sultanlığın şərq sahili yaxınlığında hücuma məruz qalan bir ticarət gəmisinin heyətindən 23 nəfəri xilas edib, bir nəfər isə hələ də itkin statusundadır. Sultanlığın Dəniz Mərkəzi tərəfindən yayımlanan bəyanatda bildirilib ki, “səlahiyyətli orqanlar Kipr Respublikasının bayrağı altında üzən “GFS Galaxy” ticarət gəmisindən gələn təcili yardım çağırışına cavab verib; hadisə Müsendem vilayəti sahillərindən 4.4 dəniz mili uzaqlıqda baş verib və gəmi heyətindən 23 nəfər xilas edilib”.

Gəmi, İran və ABŞ arasında qarşılıqlı zərbələrin ortasında hücuma məruz qalıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) gəminin hədəf alınması nəticəsində sıradan çıxdığını, onun mühərrik otağında yanğın və zədələr yarandığını bildirərək İranı hücum etməkdə ittiham edib. İran isə daha əvvəl bildiriş yayaraq, icazə verilməyən marşrutla gedən gəmiyə xəbərdarlıq atəşi açdığını və onun vurulduğunu təsdiqləmişdi. Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) gəmi heyətinin onu tərk edərək xilas qayığına mindiyini təsdiqləyib və insidentin Oman sahillərindən təxminən 17 kilometr şərqdə baş verdiyini qeyd edib.

Gəmidə bir vətəndaşını itirən Hindistanın şərhi necə oldu?

Öz tərəfindən Hindistan Xarici İşlər Nazirliyi bəyan edib ki, bir Hindistan vətəndaşı Oman sahilləri yaxınlığında “GFS Galaxy” ticarət gəmisini hədəf alan hücum nəticəsində itkin düşüb. Nazirlik əlavə edib ki, gəmidə olan 11 Hindistan vətəndaşından 10-u indiyədək xilas edilib, bir nəfərin axtarışları isə davam edir; nazirlik hücumu kəskin şəkildə pisləyib.

Qeyd olunub ki, Hindistanın Omandakı səfirliyi vəziyyəti yaxından izləyir və davam edən axtarış-xilas əməliyyatlarında Oman rəhbərliyi ilə koordinasiya qurur. Hindistan Xarici İşlər Nazirliyi regionda ticarət gəmilərinə edilən hücumların “olduqca narahatedici” olduğunu bildirib. Əlavə edilib ki, “ticarət daşımalarının və mülki infrastrukturun hədəf alınması dayandırılmalıdır”. Davamında bildirilib: “Beynəlxalq hüquqa uyğun olaraq, regiondakı beynəlxalq dəniz yollarında maneəsiz naviqasiya azadlığı ən qısa zamanda yenidən bərpa olunmalıdır”.

İran hücumlarına Amerikanın cavabı nə oldu?

Öz növbəsində, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazar günü, İranın Hormuz boğazında ticarət gəmilərini hədəf almasına cavab olaraq İrana qarşı yeni hücumlar dalğasını başlatdığını elan edib.

Bildirilib ki, onun hücumları ötən gecə təxminən 140 hərbi hədəfi əhatə edib; bura raket və PUA mövqeləri, hərbi dəniz qüvvələrinin potensialı, sursat anbarları, rabitə şəbəkələri və sahili izləmə obyektləri daxildir. İran televiziyası Hormuz boğazı ətrafındakı bölgələrdə, xüsusilə ölkənin cənubundakı Əsəluyə, Bəndər Abbas, Sirik və Çabahər şəhərlərində güclü partlayış səslərinin eşidildiyini xəbər verib. Həmçinin İran rəsmi agentliyi (İRNA) ölkənin cənub-qərbindəki Xuzistan vilayətinin Mahşəhr, Hendican və Abadan şəhərlərinin Amerika hücumlarına məruz qaldığını qeyd edib.

Son eskalasiyadan əvvəl İran və Oman arasındakı münasibətlər necə idi?

Oman, İran və ABŞ arasındakı müharibənin dayandırılması üçün vasitəçilik etməkdə iştirak edir və iki ölkə arasında əvvəlki danışıqlar raundlarına ev sahibliyi edib. Əl-Cəzirənin Məsqətdəki müxbiri bildirib ki, Oman Sultanlığı uzun müddətdir ABŞ və İran arasında, eləcə də İranla müxtəlif Avropa dövlətləri arasında etibarlı vasitəçi kimi tanınır.

Qeyd olunub ki, Sultanlıq İranla onilliklər boyu sıx əlaqələrə malik olub və Oman, ABŞ ilə İsrailin Tehrana birgə hərbi hücumunu ilk pisləyən və eyni zamanda İranın yeni Ali Rəhbəri Müctəba Xameneini ilk təbrik edən dövlətlərdən biri olub.

İranın Xarici İşlər Naziri Abbas Əraqçi və onun omanlı həmkarı Bədr Əl-Busaidi ötən şənbə günü Sultanlıqda görüşərək, gəmilərin Hormuz boğazından təhlükəsiz keçidi üçün müvafiq mexanizmləri müzakirə etmişdilər; bu barədə İran Xarici İşlər Nazirinin bəyanatında qeyd olunmuşdu. Oman xəbər agentliyi daha sonra bildirmişdi ki, Oman və İran tərəfindən olan danışıqlar aparan nümayəndələr müzakirələri “texniki və siyasi səviyyələrdə” davam etdirəcəklər.

Oman Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, müzakirələr Hormuz boğazında naviqasiya məsələlərini, son proseslər və onların təhlükəsizlik fəsadları işığında boğazda təhlükəsizliyin və hərəkət azadlığının təmin edilməsi yollarını əhatə edib. Nazirlik əlavə edib ki, iki tərəf beynəlxalq hüquq müddəalarına uyğun gələn və dünyanın ən mühüm dəniz keçidlərindən birinin təhlükəsizliyini və sabitliyini qoruyan birgə anlaşmalara və tənzimləmələrə nail olmaq üçün məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.

Bu çərçivədə Omanın Xarici İşlər Naziri Bədr Əl-Busaidi X platformasındakı paylaşımında qeyd edib ki, Hormuz boğazı ilə bağlı böhranın hər hər hansı davamlı həllinin Məsqətdən kənarda formalaşması olduqca çətindir; o, Sultanlığın müxtəlif tərəflər nəzdində topladığı etimadın onu dialoq üçün etibarlı məkana və böhran anlarında baxışları yaxınlaşdırmağa qadir kanala çevirdiyini qeyd edib. Əlavə edib ki, Omanın yanaşması məsuliyyətli vasitəçiliyə, beynəlxalq hüquqa sadiqliyə və bütün tərəflərdən eyni məsafədə dayanmağa əsaslanır; bu isə legitimlik və qəbul qazanan, naviqasiya təhlükəsizliyinin qorunmasına və regionun sabitliyinə töhfə verən tənzimləmələrə nail olmağı təmin edir.

Hormuz boğazı bölgəsi, ABŞ və İsrailin 28 fevral 2026-cı il tarixində İrana qarşı başlatdığı müharibə fonunda təhlükəsizlik gərginliklərinə şahidlik edir. İran, enerji tədarükü üçün dünyanın ən mühüm keçidlərindən sayılan boğazın özünün ərazi sularına daxil olan hissəsindən gəmilərin keçməzdən əvvəl onunla koordinasiya qurmasının vacibliyini tələb edir. Vaşinqton və Tehran ötən iyun ayının 18-də Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra yekun razılaşmaya hazırlıq məqsədilə anlaşma memorandumu imzalamışdılar, lakin Tramp son eskalasiya fonunda İranla anlaşma memorandumunun “başa çatdığını” (qüvvədən düşdüyünü) elan edib.

Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

Redaktorun seçimi

Körfəz ölkələrini birləşdirən 5 strateji layihə

Müəllif:
ArabAZ News
LivanSuriyaTəhlilYaxın Şərq

Əş-Şəraa Hizbullah haqqında  nə düşünür

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

Qətər dünyanın ən zəngin 10 ölkəsi arasındakı yerini qoruyub saxlayıb

Müəllif:
ArabAZ News
Redaktorun seçimi

BƏƏ sakinləri ərəb dilinin qorunmasını tələb edir

Müəllif:
mail.azerpress@gmail.com
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.